Qara nöqtələr üçün maskalar

Üzdəki qara nöqlərdən sıxmaqla qurtulmaq çox böyük bir səhvdir. İlk növbədə kosmetoloq tərəfindən qara nöqtələrin mütləq təmizlənməsi lazımdır.
Qara nöqtələr daha sonra üzdə meydana gələcək sızanaqlarının xəbərçisidir. Yəni qara nöqtə yoxdursa, sızanaq da yoxdur.

Qara nöqtələri dırnaq ilə sıxmaq qətiyyən olmaz. Dərilərində qara nöqtələr olanlar, üzlərini on dəqiqə dəsmal altında buxar duşu etsələr faydalı olar.
Həmçinin qara nöqtələrdən qurtulumaq üçün sizə bir neçə maska resepti təqdim edirik.

Maska1:
Bir yemək qaşığı qatıq,  bir limon qabığı rəndəsi,bir yemək qaşığı qarğıdalı unu.
Hazırlanması:
1 yemək qaşığı qatığa rəndələnmiş bir limon qabığı və bir qaşıq qarğıdalı unu əlavə edin. 
Bunu qarışdırıb üzünüzə masaj edərək çəkin və 15 dəqiqə gözlədin.

Maska2:
Bir ovuc nanə, yabanı kəklik yarpağı və cökəni bir qaba qoyub kifayət qədər su əlavə edərək qaynadın. Soyuduqdan sonra qara nöqtələrin üzərinə çəkin.

Maska3:
Bir ədəd pomidoru əzin və süzün. 1 çay qaşığı qliserin və ya iki damla asilbent qatıb qarışdıraraq şüşəyə doldurub saxlayın. Dərinin qara nöqtəli qisimlərinə çəkin.

0 şərh