Ətirlərdən istifadə

ətirlərdən istifadəƏtir alarkən bədəninizə uyğun olanını tapmaq lazımdır. İkinci mühüm olan isə ətirdən isitifadə edə bilməkdir.

Gözəl və baxımlı qadın ola bilərsiniz, ancaq xoş ətir saçmaq başqa bir şeydir. Bəzən heç təsirləndirə bilməyəcəyinizi düşündüyünüz kişiləri belə qoxunuzla təsiriniz altına sala bilərsiniz. Amma ətirdən istifadə etməyin də özünəməxsus üsulları var. Bunlar aşağıdakılardır:

-Tərləyəndə ətirdən istifadə etməyin.

-Ətiri bədəninizə 20 sm uzaqlığdan səpin. Beləliklə ətiri daha geniş bir sahəyə yaymış olacaqsınız.

-Qulaq arxası və biləklərə səpilən ətirlər daha təsirlidir. Çünki bu hissələr daha çox isindikləri üçün qoxunun yayılması daha çox olur.

-Gündüzlər yüngül, çiçək, meyvə qoxularını; axşamlar isə daha iddialı və təəccüblü qoxulardan istifadə edin.

-Ətiri paltarın üzərinə səpmək düzgün deyil.

-Az da olsa ləkə problemi yaradacağı kimi, başqa bir qoxunu təcrübədən keçirmək geyimə hopmuş qoxu problem yaradacaq.

-İdman edərkən ətir istifadə etməyin. Tərləyib, ağır bir qoxuyla qarşı-qarşıya qala bilərsiniz. Fərqli qoxuları eyni vaxtda istifadə etməyin.

-Ətiri duş qəbul etdikdən sonra səpin. Beləcə, bədəninizə daha tez hopar.

 

0 şərh