Dəri ləkələri

Dəri ləkələrini bağlamaq üçün ilk olaraq dəri tipinizi testdən keçirməlisiniz. İstifadə etdiyiniz məhsullar dərinizə nə qədər uyğun olsa, ləkələr bir o qədər görünməz olar. 
 
  • Dərinizə uyğun təmizləyici vasitə ilə gündəlik qulluq edin. Daha sonra dərinizə uyğun nəmləndirici çəkin. Nəmləndirici dərinin parıldamasına və nəm balansını qorumağa yardım etdiyi üçün çox əhəmiyyətlidir. 
     
  • Dəri rənginizlə eyni rəngdə korrektorla ləkələrin üzərinə tampon hərəkəti edərək süngərlə örtməyə çalşın.
     
  • Korrektoru nə qədər çəkmək və qalınlığı sizə qalır. Vacib görüşə, dəvətə, toya gedirsinizsə, korrektoru çox çəkməyi tövsiyə edirik. Gündəlik üçün isə dərinizin nəsəf ala bilməsi üçün korrektoru orta qalınlıqda çəkin. Korrektordan mütəmadi olaraq istifadə etməklə dərinizin yaşlanmasını və korlanmasını sürətləndimiş olursunuz.
     
  • Həm də dəri maəsamələri tıxanmış olur. 
     
  • Korrektorla eyni rəngdə olan tonal kremi fırça yardım ilə üzünüzə çəkin. Ləkəli bölgələrə tonal kremi silərək deyil, tampon şəklində tətbiq edin. 
     
  • Tonal kremin və korrektorun uzun müddət qalması üçün şəffaf kirşanın köməyindən yararlanın. Kirşan çəkəndə daha təbii görüntü əldə etmək üçün yuvarlaq və böyük başlı fırçalara üstünlük verin. 
     
  • Makiyajın qalıcı olması üçün sprey başlıqlı fiksləyici məhsullar işlədə bilərsiniz. 
     
  • Dəri ləkələrinin yaranmaması üçün hər zaman günəşdən qorucuyu nəmləndiricilər çəkin. 
     
  • Dəri ləkələri genetikdirsə, yaxud da kosmetik müalicələr heç bir effekt vermirsə, kimyəvi soyma üsulu və lazerə müraciət edə bilərsiniz. 

0 şərh