Dərini soyuqdan qorumağın yolları

Dərinin qışda quruyub çatlamasına icazə verməyin! Havaların birdən-birə soyumağa başlaması ilə dəri öz təravətini itirir və solğun görünür. Mütəxəssislər qış aylarında dərinin qurumaması üçün bunları tövsiyə edir. 
 
  • Dəri nəfəs almalıdır. Yayda dincələn və nəfəs alan dəri qış aylarında da gözəl olması üçün duşa saatlarını azaldın. 
  • Çox isti su ilə duş qəbul etməyin. 
  • Lif və kisədən çox istifadə etməyin. 
  • Dərini qurutmayan sabun və təmizləyicilər işlədin. 
  • Dəriniz hədsiz quru olursa, sabun yerinə hamam yağı deyilən nəmverən təmizləyicilər işlədin. 
  • Nəmləndiriciləri hamamdan çıxdıqdan sonra çəkmək daha çox effekt verir. 
  • Dəri tipinə uyğun nəmləndiricini soyuq havaya çıxmazdan əvvəl də çəkmək şərtdir. 
  • Dərinizə uyğun nəmləndirici dermatoloqla məsləhətləşərək müəyyən edə bilərsiniz. Çünki iş şəraitiniz, dəri tipiniz, quruluğun şiddəti və dəri xəsləlikləri kimi faktorları nəzərə almaq vacibdir. 
  • Dodaqlar üçün xüsusi dodaq kremləri alın və küçəyə çıxmazdan dodaqlarınızı nəmləndirin.
  • Əllərə həm suyun, həm də sabunun həddindən artıq təmas etməsi soyuq havaya daha çox məruz qaldığı üçün qış aylarında quruluğa və eqzama kimi problemlər yarana bilər. əl üçün nəmlndirici xüsusiyyətlərə malik kremlər alın. 
  • Dəri quruluğunu azaltmaq üçün soyuq havalarda isti geyimlər geyinin. 
  • Soyuq havalarda otağı həddindən artıq istiləşdirmək düzgün deyil. Çünki otağın nəmliyi yox olur, bu isə dəriyə də təsir göstərir. Ən soyuq günlərdə belə otaöın havasını dəyişdirmək lazımdır. 

0 şərh