İlbizlə gözəlləşənlər

Tokioda bir gözəllik salonu təbii yapon ilbizlərindən istifadə etməklə üz dərisini cvanlaşdıran qulluq təklif edir. Bu xidmətin 5 dəqiqəlik qiyməti təxminən 100 dollardır. İlbiz üzün dərisini elastik etməklə, quru, qabıq verən hissələri də aradan götürür.

Bu salonda beş ədəd bir illik təbii yapon ilbizi saxlanır, lakin onlar gündə yalnız bir müştəriyə qulluq ediləcək miqdarda selik buraxa bilirlər.

Müştərilərin üzündə gəzmədikləri vaxtlarda ilbizləri temperaturu tənzimlənən, rütubətli yerdə saxlayır və yüksək keyfiyyətli tərəvəzlə yemləyirlər. Belə güman edilir ki, ilbizlərin ifraz etdikləri selik müalicəvi keyfiyyətə malikdir.

Hələ qədim Yunanıstanın və Romanın nəzəriyyəçi loğmanları ilbizdən hazırlanmış vasitələri yanıqlardandan tutmuş, hamiləlik problemlərinədək müxtəlif xəstəliklərin dərmanı sayırdılar. Lakin bu zaman ilbiz müştərinin üstündə rahatca gəzə bilmirdi. Onu əvvəlcə öldürmək lazım gəlirdi.

Günümüzdə satışda olan ilbiz tərkibli krem və maskaların büyük bir qismi üzdəki sızanaq, yanıq, çizik izlərinin müalicəsi üçün istifadə olunur. Ancaq bəzi dermotoloqların ilbiz şirəsi ilə bağlı mübahisəli iddaları var. Məşhur Dermotoloq Bobbi Bukaya görə təbiətdəki bəzi canlıların insanlar üçün faydalı xüsusiyyətləri daşıyır. Ancaq bu xüsusiyyətləri onları bir başa alıb dərinizə qoya biləcəyiniz mənasına gəlməz. Çünki bəziləri insanlarda allergiya, qara basma hətta iflic olmağa belə şərait yaradır. Buna görə də hər ehtimala qarşı ehtiyatlı olmaq lazımdır.

0 şərh