Ənlikdən düzgün istifadə

Ənliyi üz quruluşuna görə çəkin
Makiyajı, gözəl görünməyi hər bir qadın sevir. Lakin düzgün, zövqlə geyinməyi və üz quruluşuna görə makiyaj etməyi qadınların əksəriyyəti bacarmır. Biz isə sizə bu gün ənliyi üz quruluşuna görə yanaqlara çəkməyi öyrədəcəyik.

Ənliyi üz quruluşunu nəzərə alıb çəksəniz, böyük burnunuzu kiçildə, geniş üzü dar edə, almacıq sümüklərinizi çıxıq göstərə bilərsiniz.

Yuvarlaq
Üz cizgilərinin nazik və uzun görünməsi üçün ənliyi yanaqlarınızn tam üstünə, fırça ilə “C” hərfi yazar kimi edin. Ənliyi saç diblərinə tərəf uzatmağı da yaddan çıxarmayın. Çənənizə də azca çəkə bilərsiniz.

Uzun
Ənliyi sadəcə yanaqlarınızın üzərinə çəkin. Beləcə üzünüzün uzunluğunu balanslamış olacaqsınız. Lakin bu zaman üzünüzdə makiyaj çox olmamalıdır. Ənliyi yanaqlarınıza xəfif şəkildə çəkin.

Oval
Oval üzlərdə alın çənədən geniş olur. Həm də almcıq sümükləri batıq, çənə də oval olur. Oval üzünüz varsa, ənliyi sümüklərinizə çəkin. Belədə almacıq sümükləriniz çox qabarıq və gözəl görünəcək.

Kvadrat
Kvadrat üz quruluşuna malik olan insanların üz ifadəsi bir az sərt olur. Üzə daha dərin və yumşaq ifadə vermək üçün sümüklü hissəsi örtmək lazımdır. Ənliyi almacıq sümüklərinin üzərinə yuvarlaq şəkildə çəkin. 

 

0 şərh