Sağlam və parlaq dəri üçün 7 qızıl qayda

Mütəxəssislər sağlam və parlaq dəri üçün bunları təklif edir:parlaq deri
1. Dərini su ilə təzələmək: Kifayət qədər su istifadəsi, dərinin gəncləşməsi üçün əhəmiyyətlidir.
2. Dərini ölü dəri hüceyrələrindən təmizləmək: Ölü dəri hüceyrələrinin aradan qaldırılması dəriyə parlaqlıq qazandırmağın mükəmməl bir üsuludur.
3. Nizamlı olaraq dərini təmizləmək: Dəri məsamələri tıxandıqda cild əvvəlki parlaqlığına və hamarlığına çətin qovuşur.
4. Dəri vitaminlərindən istifadə: A, C və E kimi vitaminlər dərinin sağlam və gözəl olmasında əhəmiyyətlidir.
5. İdmanla məşğul olmaq: İdman etmək qan dövranını artırmaq üçün mükəmməl bir yoldur. Həmçinin dəridə olan toksinləri tər yolu ilə çölə atır.
6. Mineral tərkibli makiyaj məhsullarından istifadə: Mineral makiyaj dəriyə parlaqlıq təmin edir.
7. Sağlam və parlaq dəri üçün daha çox təbii üsullar məsləhətdir. Balanslı və düzgün qidalanmaq həm ümumi sağlamlığa həm də dəri sağlamlığına faydalıdır. Qidalanmada tərəvəz, meyvə, yağsız süd və yağsız ət məhsullarından istifadə etmək olar.
 

 

Oxşar məqalələr

 

0 şərh