Yaz aylarında tonal kremdən istifadə

Solğun dəri və gözaltı kölgələri gizlətmək üçün istifadə olunan tonal kremlər, hər bir makiyajın əsas hissəsidir.

Max Factor vizajistinin dediyinə əsaən tonal kremi,üz dərisinə massaj cizgiləri üzrə çəkmək lazımdır. Bunu, əllə, makiyaj üçün xüsusi süngər və kistlə etmək olar. Duru və yüngül kremləri əllə çəkərək, sonradan artıq qalan hissəni süngərlə götürmək məsləhətdir. Daha qatı kremləri isə kistlə sürtülür.

Yaz aylarında bizə tonal krem nə üçün lazımlıdır:

Müdafiə
Müasir dövrün vasitələri, əvvələr istifadə olunan vasitələrdən çox fərqlənir.Əvvələr bu kremlər üzdə maska yaradır və məsamələri tıxayırdılar. Bu isə üz dərisi üçün çox ziyanlıdır. Müasir vasitələrin əsası eyni (su, silikon və ya yağ əsalı), yalnız rəng piqmenti başqadır. Mikroskopik ölçülü bu hissəciklər, təbii minerallardan hazırlanaraq, dəriyə heç bir ziyan vurmur və hamar yayılır. İndiki dövrdə şəhər küçələrində üz dərisinə hopa biləcək tozu nəzərə alsaq, tonal kremin istifadəsini xeyirli saymaq olar. Səbəb odur ki, tonal krem nəinki xoşagəlməz çatışmazlıqları örtür, həmçinin ətraf mühitin ziyanlı təsirində dərini qoruya bilir.

Nəmlənmə
Nəmləndirmə xüsusiyyətli kremləri, təmiz üz dərisinə və gündəlik krem üzərinə də çəkmək olar. O zaman dəriyə nəinki yumuşaldıcı təsir göstərilir, həmçinin hamarlıq verib, makiyajın əsası bərkidilmiş olur. Bəzi gizlədilmə flüidləri gündəlik kremləri əvəz edə bilirlər, çünki eyni komponentli tərkibə malikdirlər. Eyni xüsusiyyətlərə bütün BB və CC kremlər malikdirlər.

Yaşlanma əleyhinə
Lazımi komponentli tonal krem, dəriyə qulluq üçün istifadə olunan yüksək texnologiyalı vasitələr kimi dərinin dartınmasını təmin edə bilər. Tərkibində yosun fermentlərini ( onlar dərinin elastikliyini artırır), işığı əks etdirən hissəcikləri(dəriyə parlaqlıq verir), həmçinin turmalin və malaxit kimi qiymətli mineralları (üz dərisini rəngini yaxşılaşdırı) olan vasitələrə üstünlük verməyə çalışın.

Günəşdən qorunma
Yaz və yay aylarında istifadə etiyiniz tonal kremin SPF faktorunun 15 dən aşağı olmamasına xüsusi diqqət yetirin. Bu dərini aktiv günəş şüalarından qoruyaraq, gec qocalmasını təmin edəcək.

Bu kimi kremlərlə üstünlük verməklə bərabər, dərinizə daim nəmləndirici və qidalandırıcı kremlərlə (dəri tipinizə uyğun) qulluq etməyi unutmayın. Xüsusi ilə gecələr demakiyaj etmək çox vacibdir.

0 şərh