Yaşa görə estetik əməliyyat

«Zamanın sizdən alıb apardığı gözəllikləri geri qazanmaq istəyirsinizmi?» — bu sual həmişə qadınların ağlındadır. Üzündəki ilk qırışı görəndə aynalara küsən, «Yaşlanırammı?» — deyə narahatlığa qapılan qadının estetik təqvimini öyrənmək istəyirsinizmi?
Üzdəki ilk qırış qadının ən qorxulu yuxusudur. Qadınlara məsləhətimiz estetik təqviminə görə ediləcək kiçik toxunuşlarla zamanı dayandırmaq və ya geri çəkməkdir.


20-30 yaşlarında estetik əməliyyat


İsananın yaşıyla birlikdə dəyişən və ona narahatlıq verəcək məsələ üzüylə əlaqədar detallardır. 20-30 yaşlarında ən çox burun əməliyyatı etdirilir. Döş problemləri yenə bu dövrlərdə daha çox yaşanır. Kiçik və ya böyük döş problemi gənc qızların psixologiyasına, hətta onurğa sağlamlığına mənfi təsir etdiyi üçün gənclik dövrlərində bu problemlərin həlli şərtdir.

30-40 yaşlarında estetik əməliyyat


Orta yaşa doğru qadın üçün bədən ön plana çıxır. Doğuşdan sonra qarında sallanma, hamiləlikdə alınan çəkidən azad ola bilməmək, döşlərdə sallanma problemləri yaranır. Bütün bu hallar qadınları sarsıdır və ciddi problemlər yaradır. Bu yaşlarda yaranan problemlərin həlli üçün gecikməmək lazımdır.

40 və daha yuxarı yaşlarda estetik əməliyyat


Yaşlandıqca qadınlarda xüsusilə üz ilə əlaqədar problemlər yaranır. Göz qapaqları problemləri ilk sırada yer tutur. Çünki qırx yaşından sonra artıq göz qapaqları sallanır və torbacıqlar əmələ gəlməyə başlayır. Bu da avtomatik olaraq qadının üzünə yorğun, kədərli ifadə verir. ''Yuxudan yenimi qalxmısan, ağlamısanmı, niyə kədərli görünürsən?" — insanların ortaq sualıdır. Bu suallar insanı narahat edir. 50 yaşına çatanda isə üzdəki sallanma, qırışlar və çuxurlar ön plana çıxır. Bu zaman üzü gərmək, doldurmaq, qırışları azaltmaq lazımdır. Bu əməliyyatlar üçün cərrahı tətbiqlər ön plana çıxa bilər. Xəstə əgər qorxursa, narahatlığı varsa, cərrahı müdaxilədən imtina edirsə, ilk mərhələdə botoks və ya iynələrlə çuxurlar doldurula bilər. Ciddi bir sallanma isə 60 yaşdan sonra baş verir. Xəstənin üzündəki yorğunluğu aradan qaldırmağın tək çarəsi üzü gərməkdir.

qadın.net

0 şərh