Eynəkləriniz üz quruluşunuza yaraşan formalarda seçin

Eynək seçimizini asanlaşdırmaq üçün üz quruluşunuza yaraşan eynəyin xüsusiyyətləri ilə bağlı tövsiyyələri təqdim edirik.

Oval formalı üz:

Nizamlı olduğu üçün ideal üz forması olaraq qəbul edilir. Çənə alından azca balaca olur, almacıq sümükləri qabarıqdır. Oval formalı, üzünüzün təbii quruluşunu pozmayan eynəklər seçməlisiniz.

Üz quruluşunuza uyğun eynək seçin 1

Yumru üz quruluşu:

Dolğun, eni və boyu bərabər, çıxıntısız və bucaqsızdır. Üzünüzü daha zərif və uzun göstərəcək eynəkləri seçməyiniz daha yaxşı olardı.

Üz quruluşunuza uyğun eynək seçin 2


Düzbucaqlı üz quruluşu:

Bu sifət quruluşunun boyu eninə nisbətən daha uzundur. Sərt, düz və gözəçarpan çənə xətti və ümumiyyətlə nisbətən uzun burunu olur. Üzünüzün uzunluğunu örtən, üzünüzü daha qısa və geniş göstərəcək eynəklər seçməlisiniz.

Üz quruluşunuza uyğun eynək seçin 3


Kvadrat formalı üz quruluşu:

Geniş bir alın, geniş və gözəçarpan çənə və bunlarla mütənasib enlilikdə almacıq sümükləri olur. Üzün eninin ölçüsü boyunun ölçüsünə yaxındır. Üzünüzü daha uzun göstərəcək və iti bucaqlı nahiyələri nisbətən yumşaq göstərən eynəklərdən istifadə etməyi sınaqdan keçirin.

Üz quruluşunuza uyğun eynək seçin 4

0 şərh