Blefaroplastika

Bildiyimiz kimi ən nazik dəri — gözətrafı zonada yerləşir.

Məhz bu səbəbdən blefaroplastika adlı əməliyyata çox böyük ehtiyac duyulur. Bu məqalədə sizə, bleforaplastika nədir, yuxarı və aşağı nahiyənin blefaroplastikasının fərqi,lazer blefaroplastikasının müsbət cəhətləri haqda məlumat verəcəyik.

Göz qapağının blefaroplastikası nədir...

Blefaroplastika — göz qapağının əvvəlki formasını bərpa etmək üçün edilən cərrahi əməliyyatdır. Bu əməliyyat — artıq dəri, əzələ və piyin çıxarılması ilə həyata keçirilir. Yaşlandıqca göz qapağı genişlənir, göz qapağını saxlayan əzələlər isə zəifləyir. Bunun nəticəsində yuxarı və aşağı qapaqlarda artıq piy yığılır, bu isə yuxarı qapaqlarda sallanmanı, aşağı qapaqda həm sallanma,həm də çoxları üçün problem olan şişlər əmələ gətirir. Bununla insan daha yaşlı görsənir, gözətrafı dərinin həddən artıq sallanması isə periferik və yan görmənin pisləşməsinə səbəb olur.

Blefaroplastika təhlükəsiz bir əməliyyat sayılmağına baxmayaraq, hər bir cərrahi əməliyyatın olduğu kimi, o da orqanizm üçün hər hansı bir təhlükəyə səbəb ola bilir. Əsas ağırlaşma əməliyyatdan sonrakı 2 gün ərzində, olan şişlərin artmasıdır. Belə hallarda həkimə müraciət etmək lazımdır. Bundan əlavə isə,kəsim yerlərindən sarı və ya açıq yaşıl rəngdə mayenin axması kimi hallar da müşahidə oluna bilər. Ümumiyyətlə hər bir əlamətə ciddi yanaşmaq lazımdır( yaranan səpkilər və ya yüksək hərarət), çünki bu sağalmanın yalnış getməsindən xəbər verə bilər.

Alt qapağın blefaroplastikası.

Alt qapağın blefaroplastikasına adətən, anadan gəlmə deffektləri olan insanlar müraciət edirlər. Bu hallara dərin qırışlar və piy qatının yığılması aid edilir. Bu əməliyyatın köməyi ilə həmçinin göz altında olan göyərməni aradan qaldırmaq mümkündür.Əməliyyatın keçirilməsi üçün olan digər göstərişlər bunlardır:

— aşağı göz qapağının dərisinin sallanması
— dərialtı birləşdirici toxumanın çoxluğu
— gözaltı şişlər

Üst qapağın blefaroplastikası.

Bu əməliyyat da, həmçinin artıq dəri, piy və qırışlar təsadüf edilən insanlar üçündür. Lakin, üst qapağın blefaroplastikasına hər zaman estetik məqsədlə müraciət edilmir. Çünki, gözün üst hissəsində olan dəri ona yorğunluq hissi yaradır və görmə qabiliyyətinə təsir edə bilir.

Lazer blefarosplastikası.

Yerli anesteziya ilə həyata keçən bu əməliyyat ,yarım saatdan başlayaraq bir neçə saat davam edə bilər. Lazer blefaroplastikasının müsbət cəhəti — onun 2 həftədən çox olmayan ağrısız reabelitasiyasıdır. Digər əməliyyatlarda olduğu kimi, cərrah biçağı istifadə olunmayan lazer blefaroplastikasında, dəri və toxumalar minimal dərəcədə pozulur. Digər müsbət cəhətləri isə:

— kəsik və şişlərin tez sağalması
— qanın ani olaraq laxtalanması
— təsirin yalnız əzələ və piy toxumasına ola bilmə imkanı

Əməliyyatdan sonrakı period isə individual olaraq, həkiminizin təyini ilə keçirilməlidir.

saglamolun.az

0 şərh