Selülitdən azad olmaq mümkündür

Statistikaya əsasən selülit yaşlı və ya cavan, arıq və ya kök olmasından asılı olmayaraq 85% qadınlarda var. Bu problem artıq çəkidən deyil, həyat tərzindən asılıdır.

Nə qədər hərəkət etməniz, əsəb keçirməniz, qida rasionunuz və gündəlik nə qədər su içməniz buna təsir edir. Bu əlamətləri nəzərdən keçirərərək dərinizdə bu problemin niyə yaranmasına cavab tapa bilərsiniz.

Selülit — lipid torun zədələnməsi deməkdir. Ona mikroskop altında baxarsaq, onun bal şanısına oxşar hüceyrələrdən ibarət olduğunu görə bilərik. Sadəcə burada bal əvəzinə piy yiğimi var. Orqanizm normada olduqda dəri də normada olur və bu tor görünməz olur. Lakin, stresslə qarşılaşdıqda, fast food istifadə etdikdə, az hərəkət etdikdə, siqaret çəkdikdə və çəki yiğdıqda bəhs etdiyimiz şanı piylə dolur və dəridə selüit əmələ gəlir. Ondan azad olmaq üçün isə yalnız iş sistemi kömək edir. Beləliklə bu problemdə azad olmaq üçün bir neçə məsləhət:

1. Salon prosedurları
Selülitin ilk səbəblərindən biri — qan dövranın pozulamsıdır ki, bu da qan damarlarının pis işləməsi nəticəsində olur. Selülit problemi daim şiş və artıq çəki ilə paralel getdiyindən, onun müalicəsində bu gün çox istifadə olunan mezoterapiya çox effektiv sayılır.

2. Masaj
Hər bir gel, krem və yağdan istifadə etməzdən əvvəl dərini masaj etdikdə bu vasitələlər daha effektiv olurlar. Ev şəraitində masaj üçün xüsusi masaj əlcəklər, fırça və ya baqmaqların sümüklü hissəsi yararlıdır(əlinizi yumruq şəklində saxladıqda sərt masaj vasitəsi alınır). Masaj sevmirsinizsə 2-5 dəqiqə ərzində krioterapiyadan istifadə edə bilərsiniz .(buzla dolu setkanı dəriyə sürtməklə qan dövranı da yaxşılaşır.)

3. Balanslaşdırılmış qida
Hər bir dietoloq az yalnız tez-tez yemək lazım olduğunu deyəcək. 5-6 dəfəlik bölünmüş qida, maddələr mübadiləsini yaxşılaşdırır və kalorilərin tez xərclənməsini təmin edir. Birdəfəlik yeməyi çəkisi 250 qr dan çox olmamalıdır. Çalışın rasionunuzda göyərti, paxlalılar, tərəvəz və meyvə çox olsun.

4. Pilinq
Komponentli antiselülit krem, gel və ampulaları, dəriyə onun ölü qatını təmizlədikdən sonra çəkildikdə daha yaxşı hopa bilir. Buna görə gündəlik pilinq etməyi unutmayın(mikromasaj sayılır). Bunun üçün mikdoelent və aktiv maddələrlə zəngin dəniz duzunu istifadə edə bilərsiniz.

5. İdman
Bu problemdən qurtarmaq üçün çox üsullar var, yalnız idmansız heç biri effekt vermir. Alimlər sübüt ediblər ki, fiziki aktivliyi artıran xanımlarda selülit 50% azalıb. Bu problemlə mübarizədə ən yaxşı üsul — velotrenajor, üzgüçülük, akvaaerobika və tez yürüşdür.

6. Detoks
Orqanizm təmizləndikdə toksinlərdən azad olur, bu isə metobolizmi yaxşılaşdırır, orqanizmdə artıq suyun çıxarılmasını təmin edir bu isə şiş stadiyalı selülitdən azad edir.

7. Vitaminlər
Piyləri n yığılmaması, onların həzm olması üçün orqanizmə bir neçə vitaminin köməyi lazım ola bilər. Bunlar: B, A, C və E vitaminləridir.

8. Kosmetika
Dəriniz üçün antiselülit krem, gel və ya digər vasitə seçərkən tərkib və göstərişlərini diqqətlə oxuyun. Kosmetikadan istifadə kursu 10-12 gündür. Sonradan bir az fasilə vermək və yenidən kursu davam etdirmək lazımdır.

9. Su
Su orqanizmdən toksinlər çıxarılmasına kömək edir və səhər ac qarnına içildikdə mədəni hazırlayır, metobolizmi yaxşılaşdırır. Həmçinin su iştahı azaltdığına görə, yeməkdən yarım saat əvvəl 1 stəkan qazsız su içmək məsləhət görülür.

 

0 şərh