Saç soyuqdəyməsi

Saç köklərinin batması əlaməti ilə başlayan saç soyuqdəyməsinin qabağı alınmazsa, saç tökülməsinə qədər gətirib çıxarır. Saç soyuqdəyməsi saç dərisində qaşınma, yanma və ağrıya səbəb olur. Bu xəstəlik ən çox saçların sıx yığılmasından qaynaqlanır. Saçlar sıx yığıldığıı zaman həm saç köklərinə, həm də saç dərisinin hava almasına mane törətmiş olarsınız. Bu vəziyyətdə saç köklərində qopmalar və tökülmələr meydana gəlir.

Saçların soyuqdəyməsinin digər səbəbi isə duşdan sonra qurudulmayan saçlardır. Hər gün saça fen çəkilməsi və ya jele sürtülməsi isə saç soyuqdəyməsinin əmələ gəlməsinə səbəb olan digər faktorlardandır.

Saçların soyuqdəyməsinin müalicəsi necədir?
— Hamamdan sonra saçlar dəsmal ilə qurudulmalı, 2 və ya 3 saat sonra çölə çıxılmalıdır;
— Xüsusilə saçlar çox möhkəm, saç dərisini sıxacaq şəkildə yığılmamalıdır;
— Kişi və qadınlar jele, ya da buna bənzər kosmetik məhsullardan tez-tez istifadə etməməlidir;
— Zülal və vitaminlərlə zəngin və qüvvətli qidalanmalısınız;
— Stresdən qaçmalısınız.

Saç baxımında düyü möcüzəsi
Düyünün bu təsirini əvvəllər eşitməmişdık. Hər şeydən əvvəl saçlarımızın daha güclü, daha sıx və parlaq görünməsini istəyiriksə, qidalanmaya diqqət yetirməmiz lazımdır. Bu qidaların ən başında zülal olaraq zəngin qidalar durur.

Düyü deyilincə ehtimal ki, hər kəsin ağılına dənə-dənə bişmiş bir plov gəlir. Amma əslində düyü saçlar üçün çox faydalıdır.
Bir kasa düyünü 2 kasa suda səhərə qədər saxlayın və səhər düyünü süzdükdən sonra suyunu sprey ağızlı bir şüşəyə boşaldın. Və duşdan çıxdıqdan sonra saçınızı qurutmadan bu spreyi saçınıza sıxın. Bu proses bitdikdən sonra saçlarınız əvvəlkinə görünüşünə baxanda daha dolğun olacaq.

0 şərh