Ayaqları incəldən 5 hərəkət

Hollivud məşhurları arıqlamaq üçün tanınmış məşqçi Harley Pasternaka müraciət edirlər. Məşqçi ayaqları daha daha seksual göstərə bilmək üçün 5 hərəkəti yerinə yetirməyi tövsiyə görür. Daha gözəl və daha əzələli ayaqlara sahib olmaq üçün bu hərəkətləri həftədə ən az 2 dəfə etmək, gündə 30 dəqiqə qaçmaq lazımdır. 

1-ci hərəkət — Ayaqları və qolları çiyin bərabərində yanlara açın. Sol ayağınızı geriyə tərəf əyin və çarpaz olaraq sağ ayağın arxasına qoyun. Bu zaman sağ qolunuzu yana tərəf uzadın və sol qolu sağa tərəf aparın. Daha sonra bu hərəkəti o biri tərəfdə təkrarlayın. Hər bir tərəfdə 20 dəfə təkrarlayın.

2-ci hərəkət — İki ayağınızı çiyin bərabərində açın və dizləri azca bükün. Əllərinizə 2 kq-lıq ağırlıq alın. Nəfəs alın və ombanızı arxaya geriyə çəkin. Qolları yavaşca ayaqlara tərəf endirin. Yavaşca qalxın və başlanğıc vəziyyətinə gəlin. Bu hərəkəti 20 dəfə təkrarlayın.

3-cü hərəkət — Ayaqları çiyin bərabərində yanlara açın. Qolları da yuxarı qaldırın. Daha sonra çömbəlin və qollarınızı aşağı salın. Bu hərəkəti də 20 dəfə təkrarlayın.

4-cü hərəkət - Üz üstə yerə yatın və dirsəkləri yerə qoyaraq əllərinizi öndə birləşdirin. Daha sonra sol ayağınızı sağ topuğun üzərinə qoyun. Dizlərinizi bükün və sağ ayağınızı işlədərək sol ayağı ağırlıq kimi yerdən qaldırın və endirin. Daha sonra eyni hərəkəti o biri ayaqla təkrar edin. Bu hərəkəti də 20 dəfə təkrarlamaq lazımdır.

5-ci hərəkət - Buna “körpü” hərəkəti deyirlər. Qolları yana açaraq uzanın. Ovuc içlərini yerə basın və dizləri bükün. Bu hərəkət ayaqdan başqa, qarın və omba əzələlərini də gücləndirir. Gövdəni düz saxlayaraq çiyindən dizlərə qədər bədəninizi yuxarı qaldırın. Bədəninizi 25 saniyə yuxarıda saxlayın. Bu hərəkəti 3 dəfə təkrarlayın.
 

0 şərh