Kimə hansı rəng yaraşır?

Adətən öz xarici görünüşünə ciddi yanaşan qadınlar geyinərkən hər gün özlərini “Bu gün nə geyinim?” sualı ilə yorurlar. Çox vaxt da dəb dalınca qaçaraq, özlərinə yaraşan rəngləri seçməyi unudurlar. Stilistlərin fikrincə, yaraşan rəngləri seçə bilmək üçün ilk növbədə dərinin, saçın, gözlərin rəngini müəyyənləşdirmək lazımdır.

Yaz rəngləri


Yaz rəngləri tipinə aid olan xanımlar çox zərif və tərəvətli görünürlər.
Dəri: Açıq və ya şaftalı, fil sümüyü, çəhrayı çalarlı qızılı rəngdə olur. Dəri günün altında tez qaralır. ]
Saç: Açıq qəhvəyi və ya təbii sarı olur. Yaz rəngləri tipinə aid olan xanımlarda açıq kürən, açıq xurmayı və qızılı rənglərdə də saçlara rast gəlinir. Adətən saçlarında açıq qəhvəyi çalarlar da diqqəti çəkir. Yaşlandıqca saçın rəngi tündləşsə də, saçlardakı qızılı parıltı itmir.
Gözlər: Firuzə, dəniz rəngi, göy, mavi, yaşıl- kəhrəba rəngində olur. Nadir hallarda qızılı-qəhvəyi rəngli gözlərə də rast gəlinir. Belə qadınların gözlərinin rəngi çox tünd olmur.

Yaraşan rənglər: 
  • Əsas rəng — parlaq narıncı.
  • Bej rəngi
  • Isti sarı rəng (limon rəngi yaraşmır)
  • Şampan rəngi
  • Narıncı rəngə çalan
  • sarı
  • Parlaq narıncı rəng
  • Açıq qəhvəyi rəng
  • Kərpic rəngi
  • Tomat rəngi
  • Qızılı qəhvəyi rəng
  • Çəhrayı rəng
  • Qızılı yaşıl rəng
  • Firuzə rəngi

Yaraşmayan rənglər: Qara, bozun bütün soyuq çalarları, ağ, purpur-çəhrayı, tünd göy.


Qış rəngləri


Əgər saçlarınız tünd kül və ya qara (tünd şabalıdı), gözləriniz qara, yaşıl, göy, tünd qəhvəyi, dəriniz isə ağ və ya zeytun rəngindədirsə, siz qış rəngləri tipinə aidsiziniz. 

Yaraşan rənglər: 
  • Əsas rənglər — ağ və qara.
  • Gümüşü rəng, dəmir rəngi
  • Limon rəngi
  • Qırmızı rəng
  • Parlaq çəhrayı rəng
  • Soyuq çalarlı tünd qəhvəyi rəng
  • Bənövşəyi rəng
  • Parlaq göy rəng
  • Zümrüd rəngi
  • Qaraya çalan yaşıl rəng

Yaraşmayan rənglər: Pastel rənglər, boz, narıncı, qəhvəyinin isti çalarları, sarı-qırmızı, sarı-yaşıl rənglər.

Yay rəngləri


Bu tipə soyuq rənglər xasdır.
Dəri: Açıq, çəhrayı çalarlı rənglərdə olur. Dəri o qədər şəffaf olur ki, altında damarlar görsənir. Dəri torpaq çalarlı da ola bilər. Bu tip qadınlarda çillər də olur. Dəri günün altında qaralır, hətta yandığı üçün qızarır da.
Saçlar: Açıq sarıdan tutmuş tünd xurmayı rəngə qədər tonlarda olur. Rənglərdə soyuq kül çaları nəzərə çarpır. Günün altında belə saçlar yandıqdan sonra bir qədər kürən rəng alırlar.
Gözlər: Yaşıl, mavi, boz, göy və ya qəhvəyidir.

Yaraşan rənglər:
  • Əsas rənglər – boza çalan mavi, göy.
  • Yumşaq pastel tonlar
  • Səma rəngi
  • Çəhrayı rəng
  • Boza çalan qəhvəyinin bütün çalarları
  • Çəhrayıya çalan qəhvəyi rəng
  • Tünd qırmızı rəng
  • Bozun bütün çalarları
  • Parlaq olmayan soyuq rənglər

Yaraşmayan rənglər: Qara, təmiz ağ, çox parlaq rənglər, narıncı, parlaq qırmızı, yaşıl alma rəngi.

Payız rəngləri


Dərisi: Açıq və solğun olur. Müxtəlif çalarlarda – fil sümüyü, şaftalı, bej-qızılı, tunc, zeytun çalarlarda olur. Dərinin üstündə çillər və xallar da görünür. Dərisi günün altında tez yanır və qızarır. Payız rəngləri tipinə aid olan qadınlar yaz rəngləri tipinə bənzəyir. Lakin belə qadınların yanaqlarında qızartı olmur və dərisi günün altında pis qaralır. Sadəcə uzun müddət günün altında qalanda dəri yanaraq qızarır.

Saçları: Kürən saçlı və dərisi çilli olan qadınlar payız tipinə daxildir. Saçları qızılı- qəhvəyi, bal rəngində də olur.
Gözləri: Qəhvəyi, mavi, firuzə rənglərindədir.

Yaraşan rənglər: 
  • Əsas rənglər — tünd qəhvəyi və ya tünd yaşıl.
  • Fil sümüyü rəngi
  • Qızılı bej rəngi
  • Tünd sarı rəng
  • Tutqun narıncı rəng
  • Qızılı qəhvəyi rəngin bütün çalarları
  • Bal rəngi
  • Pas rəngi
  • Yaşıl rəng
  • Göyə çalan yaşıl rəng
  • Qaraya çalan göy rəng
  • Başqa parlaq olmayan isti rənglər

Yaraşmayan rənglər: Qara, ağ, boz, sarı, göy, soyuq çəhrayı, parlaq narıncı rənglər.
 

0 şərh