Saç baxımında istifadə olunan bitki yağları

Təbii olmayan bəzi məhsullar var ki, saç sağlamlığına zərər verir. Həmin məhsulların yerinə saçlara təbii sağlamlıq qazandıran bitki mənşəli yağlardan faydalanmaq olar. Bunlar arasında aloe vera, reyhan yağı, amla yağı, qoz yağı xüsusi fərqlənir. Nizamlı istifadə edildikdə  bu məhsullar saçları gücləndir.

Bitki mənşəli məhsullar həm saça, həm də saç dərisinə sağlamlıq qazandırır. Buğda yağı, dəfnə yarpağı yağı, fındıq yağı, gül yağı, jojoba yağı kimi bitki mənşəli məhsullar da saç baxımında istifadə olunur.

-Buğda yağı hüceyrə yeniləyici olmaqla bərabər həssas və köhnəlmiş saçlar üçün faydalıdır. Gündəlik bir çay qaşığı istifadə etmək olar. Saç və dəriyə masaj şəklində tətbiq edilir;

  — Quru dərilərdə yumşaldıcı və qidalandırıcı olaraq istifadə edilən qoz yağı təbii nəmləndiricilərdən hesab olunur. Saç diblərini və saçları qidalandırır, saç tökülməsinin qarşısını alır.

Dəfnə yarpağının yağı da faydalıdır. Bu məhsul saç və saç dərisi müalicələrində istifadə olunur. Saçın uzanmasına xeyri var; — Fındıq yağı quru və köhnəlmiş dərilərə rahatlıqla tətbiq edilir;

Gül yağı isə saç uzadıcı və bəsləyici təsirə malikdir;

Jojoba yağı dərini yumşaldır, quru və qırıq saçları qidalandırır, onlara parlaqlıq verir. Saç şəkilləndirici xüsusiyyəti var. Saçlara və dəriyə masaj edilərək tətbiq olunur.

Saç baxımındakətan, zəncəfil, dulavratotu, çəmən otu, amber çiçəyi, mayaotu da istifadə edilir.

0 şərh