Dırnaq boyasını tez qurutmağın asan yolları


Dəqiqələrlə gözəl, səliqəli çəkmək üçün çalışırıq. Sonra qurumasını gərgin halda səbrsizliklə gözləyirik. Həmin an bilmədən əlimiz harasa toxunur. Və bütün əziyyyətimizi hədər edir. Üstəlik, tələsiriksə, bu, adamı lap özündən çıxaracaq.

Dırnaq boyası çəkdikdən sonra əllərinizi soyuq suya qoyun. Soyuq su dırnaq boyasını donduraraq qurudur.

Dırnaq boyanızı çəkdikdən sonra iki dəqiqə havada saxlayın, sonra soyuq suya salın və 3 dəqiqə saxlayın.

Daha bir üsul — dırnaq boyasını çəkdikdən sonra fenin soyuq hava dalğasını dırnaqlarınıza tutun.

0 şərh