Buz gözəlləşdirir


Buzun cildinizi gözəlləşdirdiyini və hətta 16-cı yüzillikdə belə, dəriyə qulluq vasitəsi kimi istifadə edildiyini bilirdinizmi?

16-cı yüzillikdə Fransız kralı II Henrinin sevimlisi Diana de Poitiers təkrarsız gözəlliyinin sirlərindən biri olaraq buzdan istifadə edib.

Buz cildin gənc qalmasını təmin edir. Poitiers kraldan 20 yaş böyük olmasına rəğmən, məhz buz sayəsində daha gənc görünməyi bacarıb.

Bəs buz niyə gəncləşdirir?
Buz dəri metabolizmini və qan dövranını sürətləndirir. Təbii olaraq dərini təmizləyir və nəmləndirir. Qısa müddətdə cildin elastikliyini artırır, hamar edir və yaşlanmanın təsirlərini azaldaraq təbii bir parlaqlıq qazandırır.

3 şərh

Ferbara
Hər səhər bir kubik buzu üzümdə gəzdirirəm. Effektini görürəm. :)
Ferbara
Hətta indi su əvəzinə bitki dəmləmələrini (məsələn, çobanyastığı) buz halında saxlayıb üzə qulluq üçün istifadə edirlər.
_BUMERANQ_
Bitki dəmləməsilə dəriyə qulluğun faydasını görmüşəm, fikrimdə var buz kubiklərini də yoxlayım :)