Zədələnmiş saçlar üçün maska

Korlanıb, incəlmiş saçlarınız üçün zeytun yağlı maska zədələnmiş saçlarınızın bərpasında sizə kömək edəcək.

— 4 xörək qaşığı zeytun yağı
— bir yumurtanın sarısı
— 2 xörək qaşığı bal
— 1 xörək qaşığı kətan toxumu yağı
— 1 çay qaşığı alma sirkəsi 

Bütün lazımi ləvazimatları qarışdırıb saçlarınızın diblərindən uclarına qədər sürtün. Sonra saçlarınızı streç sellofanla sarıyın və ən az 4 saat belə qalın.
Həftədə bir dəfə bu formulu təkrarlaya bilərsiz. 

0 şərh