Palto seçimi üçün 6 vacib şərt


Qış mövsümündə soyuq havadan qorunmaq nə qədər önəmlidirsə, bədənimizə uyğun palto, yaxud gödəkçə seçmək də o qədər mühüm məsələdir.

«Qum saatı»
Bu bədən tipinə malik xanımlar belini incə göstərən, nisbətən dar modellərə müraciət edə bilərlər. Altdakı sviterin, köynəyin qalınlığından asılı olmayaraq bu cür paltolar eleqantlığınıza xələl gətirməz. Bədənin formasını birüzə verən modelləri sevmirsinizsə, «cocoon» paltolar da ala bilərsiniz.

 

 

Qabarıq sinəlilər
Böyük sinəli qadınlar heç bir halda düyməli paltolar almasalar, yaxşı olar. Çünki düyməli paltolarda sinə olduğundan daha böyük görünə bilər. Onlar üçün ideal seçim — qabağı zəncirbəndlə bağlanan, yaxud yaxasında kürk, işləmə və parlaq broş kimi aksessuarlar olan üst geyimləridir.



Bəstə boylular
Balaca boylu və incə sümüklü qadınlar ayaqlarını daha uzun göstərmək üçün qısa palto və gödəkçələr almaları məsləhətdir. Yox, əgər uzun palto almaqda israrlıdırlarsa, uzunluğun ən çoxu dizin üstünə qədər olmağına diqqət etsinlər. Boylarını daha da balaca göstərəcək geniş və oversized modellərdən qaçıb, incə kəsimli modellərə yönəlsinlər.



«Böyük ölçü»
Çiyinləri kip oturan, ancaq aşağıya doğru A formasını alan paltolar çəkisi çox olan qadınlar üçün əla seçimdir. A formalı üst geyimlərin üstünlüyü ondadır ki, bütün geyimlərlə uyğunlaşır və artıq çəkini gizlədir. Çəkili qadınlar şişmə (bolonka) tipli üst geyimlərini deyil, bədənə oturan trençkotları və ona oxşar digər modellər seçə bilərlər.



«Maskulin»
Kişi kimi düz bədən quruluşuna malik qadınlar üçün kəmərli paltolar və trençkotlar əvəzedilməzdir. Çünki bu modellər «qum saatı» bədən tipinin illuziyasını yaratmaqda onlara kömək edəcək. «Peplum» tərzli modellər, eləcə də böyük yaxalı paltoları da sınaqdan keçirmək olar.





«Armudvari» 
Yaxası şal kimi bağlanan palto və gödəkçələr armudvari bədən quruluşlular üçün yaxşı seçimdir. «Envelope» (məktub formalı), üst hissəsi açıq rəng, aşağı hissəsi tünd olan kontrast paltolar, eləcə də qabağı zəncirbəndli üst geyimlər də «armudvari» bədən tipinə uyğundur.




 buro247.az

4 şərh

name
Sonuncu şəkil qaydaya uymayıb ki. Üstü ağ, altı tünd rəng olmalı imiş. Qırmızı rəngə olan sevgimdən qaynaqlanan səbəbdəndir ki, mən o rəngdə bir şey axtarırdım, amma tapa bilmirəm. Zaman uyğunsuzluğu olsa da məna uydu. Həm mən qışda yuxarıdakı tiplərdə palto geyinmənin tərəfdarı deyiləm, nədənsə bu cür paltolar görəndə ağlıma üşümək gəlir. Gözəl olsalar da «kurtka» qədər isitmədiklərini düşünürəm.
name
Bu dəqiqələrdə ulduzların yanacaqları olan hidrogenlərini yandırıb bitirərək nə vaxt sönəcəkləri yox, son yazdığım şərhlərin niyə minuslandığı daha maraqlıdır.
Ferbara
Bir dənə fərli palto tapmadım şəkillərdə. Hamısı fason verir. Halbuku paltonun əsas vəzifəsi adamı soyuqdan qorumaqdı.
Ferbara
Bir də Avropa ölkələrinə aid istənilən görüntülərdə bir şeyi müşahidə etmişəm. Bu adamların hamısı bir temperatura eyni reaksiya vermirlər. Sən eyni vaxtda bir küçədə həm qolsuz köynəkdə gəzən adam görə bilərsən, həm də qalın gödəkcə geyinmiş adama rast gələ bilərsən. Bu nəşrdəki Maskulinə aid olan şəkildə boz palto geyinmiş qızın yanındakı nazik damalı donda gedən qız buna misaldı. :)