7 addımda daha uzun ayağa sahib ol

Uzun incə ayaqlar yəqin ki, hər bir qadının arzusudur. Lakin heç də hamının bu arzusu reallaşmayıb. Amma problem yoxdur. Bir necə sadə yolla kiçik boylular belə uzun ayaqlı görünüşə sahib ola bilərlər. 

1. Sadə rənglər seçin 
Ayaqlarınız qısadırsa çalışın geyindiyiniz rənglərə nəzarətdə saxlayasınız. Çox rəngli geyimlər bədəni vizual olaraq hissələrə ayırmış olacaq, nəticədə ayaqlarınız daha qısa görünəcək. Çalışın sadə və eyni rənglərlə diqqəti ayaqlardan uzaqlaşdırır. 


2. Qısa ətək
 
Mini ətəklər uzun ayaq effekti yaradır. Mini uyğun olmayan yerlərdə isə midiyə üstünlük verin. Amma uzun ətəkdən uzaq dayanmağa çalışın. 


3. Topuqdan bağlanan ayaqqabı 
Topuqdan bağlanan ayaqqabı ayağı bölür və olduğundan qısa göstərir. 

4. Hündürdaban həyat qurtarır 
Hündürdaban ayaqqabı əsl xilaskardır. Hündürdabanı gizlətmək istəsəniz ətəyi uzun olan geyimlərdən istifadə edə bilərsiniz. 


5. Hündür bel 
Çanaqdan olan şalvar və ətəklər ayaq ölçüsünü vizual olaraq qısaldır. Qısa ayağı olanlar beli hündür olan geyimlər seçsələr bu problemi aradan qaldıra bilərlər. 

6. Dar şalvardan uzaq durun
Dar geyimlərinizi boru formalılarla əvəz edin. 


7. Maksi don 

Maksi donlar nəinki ayaqlarınızı ümumi boyu uzadacaq və sizi daha zərif göstərəcək. Diqqət etmək gərəkən bir məqam var — paltar yerlərdə sürünməsin.

0 şərh