Üz dərisini ağardan maskalar

Cəfəri tərkibli ağardıcı maska


Maskanın hazırlanması üçün 1 xörək qaşığı cəfəri (petruşka) şirəsi ilə 1 xörək qaşığı xamanı mikserlə qarışdırın. Alınan qarışığı üzünüzə çəkin və 15-20 dəqiqə ərzində saxlayın. Tələb olunan vaxt keçdikdən sonra, üzünüzü sərin su ilə yuyun.  Növbəti maskanın hazırlanması üçün 25 qram xırda doğranmış cəfərini 200 ml. qaynar suda dəmləyin. Bundan sonra yüngül hərəkətlərlə cəfəri ilə su qarışığını dərinizə hopdurun. Bu maskanı tonik əvəzi gündə bir neçə dəfə istifadə edə bilərsiniz.

Limon suyu ilə üzü ağartmaq


Limon suyunun istifadəsi ilə hazırlanan maskalar da dərini yaxşı ağardır. Məsələn, bal ilə limon suyunun qarışığından ibarət maska çox təsirlidir. (50 qram bal və 5 damcı limon suyu) Bu maskanı hər səhər istifadə edirlər. Maskanı su ilə yuduqdan sonra dəriyə qidalandırıcı krem çəkin.

Ağ gildən hazırlanmış üz ağardan maska


1 xörək qaşığı ağ gili xiyar suyu ilə qarışdırın. Alınan qarışığa bir neçə damcı limon suyu əlavə edin. Maskanı 10 dəqiqəlik üzünüzə çəkin və daha sonra sərin su ilə yuyun. Xiyar suyunun əvəzinə cəfəri və ya giləmeyvə (çiyələk, meşə çiyələyi, və s.) suyu istifadə oluna bilər. Bu ağardıcı maska ən çox yağlı dəri üçün uyğundur. 
Və ağ gildən daha bir ağardıcı maska resepti.  Onun hazırlanması üçün 1 yumurtanın ağı ilə 0,5 çay qaşığı duzu mikserlə qarışdırmaq lazımdır. Bu qarışığa 2 çay qaşığı ağ gil əlavə edib, bir daha qarışdırırıq. 10 dəqiqə ərzində üzdə saxladıqdan sonra, sərin su ilə yuyuruq
uz derisini agardan maskalar


Maska 1


2 yemək qaşığı paxla unu
2 — 3 damla lavanda yağı
1 ədəd yumurta ağı
Hazırlanması:
Paxla unu, lavanda yağı və yumurta ağını uyğun bir qabın içinə alaraq eynicinsli kütlə alınana qədər qarışdırın. Qarışıq krem konsistensiyası aldıqdan sonra dəri ağardıcı maska hazır olacaq. Hazırladığınız maskanı üzünüzə sürtün və təxminən 20 dəqiqə qədər gözləyin. Daha sonra duru su ilə yuyaraq dərinizdən maskanı təmizləyin.

Maska 2


1 ədəd kiçik boy pomidor
Bir miqdar un
Hazırlanması:
Pomidorun qabığını soyun və rəndələyin. Rəndələdiyiniz pomidorun suyuna bir miqdar un əlavə edərək krem konsistensiyası almasını təmin edin. Hazırladığınız dəri ağardıcı maska üzün göz çevrəsi xaric hər bölgəsinə boşluq qalmayacaq şəkildə çəkin. Pomidor dəri üzərində qızarıqlığa səbəb ola biləcəyindən maska dəridə çox gözlədilmədən yuyulmalıdır. Pomidor və un qarışığı ilə hazırlanan maska dərini ağardaraq daha parlaq bir görünüş təmin edəcək. Həm də bu dəri ağardıcı maskanın sızanaq izləri üzərində də müsbət təsirləri olacaq.

Maska 3


1 ədəd yumurta ağı
Yarım çay qaşığı şəkər tozu
3 — 4 damla limon suyu
Hazırlanması:
Dəri ağardıcı maskanı hazırlamaq üçün bütün vəsaitlər yaxşıca qarışdırılmalıdır. Hazırlanan maska dəriyə düzgün bir şəkildə çəkilərək təxminən 5 dəqiqə qədər dəridə gözlədilir və bol su ilə yuyulur.

Maska 4


2 yemək qaşığı qatıq
1 şirin qaşığı şaftalı suyu
1 çay qaşığı limon suyu
Hazırlanması:
Qatıq, limon və şaftalı suyu uyğun bir kasaya alınaraq yaxşıca qarışdırılır. Əldə edilən maska göz bölgəsi xaricində üzün hər sahəsinə tətbiq olunur. Ana maddəsi qatıq olan dəri ağardıcı maska üzdə təxminən 5 — 10 dəqiqə gözlədilərək saf su ilə dəridən təmizlənir. Qatıq və limonun təsiri ilə dəridə mükəmməl bir ağlıq təmin edilir.

0 şərh