Qalıcı dodaq boyası

Dodaq boyanızın saatlarla qalmasını istəyirsiz? Makiyajı tamamlayan dodaq boyasını harasa getdiyinizdə yeniləməkdən bezmisizsə, bu tövsiyələrə əməl edin.

Dodaq boyasını sürtmədən əvvəl dodaqlarınıza transparan pudra sürtün.

Dodaqlarınızı nəmləndirin. Səhər evdən çıxarkən vurduğunuz dodaq boyası axşam da eyni qalacaq.

Nazik dodaqlarda dodaq boyasının qalması çətin olur. Buna görə eyni rəngdə dodaq qələmi vurun. Parlaq dodaq boyalarını üstdən deyil, mat dodaq boyasının altından sürtün.

Parlaq dodaq boyası tərkibindəki piqmentlər sayəsində dodaqları qidalandırmağa yardım edir. Qalıcılığı daha çoxdur.

Dodaq boyasını qətiyyən fırça ilə vurmayın. Artığını salfetlə təmizləyin.

0 şərh