Kilolu xanımlar belə geyinsin

Arıq olmayan, kilolu xanımlar da dəblə ayaqlaşa bilərlər. Onlar artıq çəkilərinə görə dəbdən geri qaldıqlarını düşünüb təəssüflənməsinlər. Bədən cizgilərinizin böyüklüyündən şikayətlənirsinizsə və tək tip paltarlar geyməkdən sıxıldınızsa, təqdim edəcəyimiz tövsiyələrlə daha qəşəng və cazibədar görünə bilərsiniz.

İlk növbədə bədən ölçünüzə uyğun büstqalterlə görünüşünüzün təməlini qoyun. Geyimlərin bədəninizə daha rahat uyğunlaşmasını təmin etmək üçün əhəmiyyətli addımlardan birincisi yaxşı büstqalter geyinməkdir. Sinənizi kifayət qədər dəstəkləməyən pis, köhnə büstqalter geyinərkən kofta, bluz, pencək və ya don bədəninizdə düzgün oturmağa mane olur. Ölçülərinizə uyğun büstqalter bədəninizin üst hissəsini yuxarı qaldırmağa kömək olacaq, belinizi daha incə göstərəcək və qum saatı görünüşü yaradacaq.

Tarazlıq
Bədən formanız armud və ya alma tipi ola bilər. Hər iki bədən tipində də hədəfiniz bir qum saatı şəkli meydana gətirərək, balanslı görünüş yaratmaq olmalıdır. İlk addım olaraq bədən tipinizi təyin edin. Beləcə, sizə uyğun parçaları seçmək asanlaşar. Məsələn, omba böyük və qıçlarınız qalındırsa, gen ətək və dar seqment bir üst geyimi geyinərək görünüşünüzdə tarazlığı təmin edə bilərsiniz.

Tikişə diqqət edin
Qəlib və dərzilik görünüşünüzü olduğundan daha gözəl göstərmək üçün başlıca faktorlardır. Yaxşı tikilmiş geyimlər digərlərinə nisbətən daha bahalı olsa da, ümumiyyətlə, bu fərqi haqq edirlər. Uyğun olmayan qəlib və tikiş üstünüzdə sallanar və önə çıxarmanız lazım olan məqamlara kölgə salar.

Problemli bölgələri dərd etməyin
Bədəninizdə problemli olduğunu düşündüyünüz bölgələr haqqında çox düşünməyin. Bunun əvəzinə, gözəl görünən bölgələri ön plana çıxarın və öz rəsminizi tamamlayın. Beləcə, bədəninizə uyğun olmayan parçalar bəyənməkdən və ya nizamınızı pozan görünüşdən uzaqlaşdıracaq parçalar seçməkdən imtina edə bilərsiniz.

Naxışlar
Üfüqi xətlər və ya böyük naxışlardan çəkinmək yerinə, strateji düşünün, məsələn, əgər üst tərəfiniz genişdirsə, sıx naxışları bədəninizin alt bölgəsində istifadə edə bilərsiniz.

Bədən şəklinizə uyğun seqmentləri seçin
Omba genişdirsə, qayıq yaxa sizin üçün möcüzə alternativ deyil. Bundansa geniş paçalı şalvar və gen ətək ilə kombinə edə bilərsiniz. Əgər üst tərəfiniz genişdirsə, yenə bol seqment ətəklər tarazlığı qorumanızı təmin edəcək. Geniş paçalı şalvar isə gövdəni uzun göstərir. Əgər düz bir quruluşunuz varsa, amma göbəklisinizsə, sinə altından kəsik və ya kəmərli paltarlar da belinizi vurğulamağa yardım edir.

0 şərh