Avokado yağı

Nəmləndirici avokado yağı
Dəri tipinizin necə olmasından asılı olmayaraq nəmləndirici istifadə etməlisiniz. Müxtəlif nəmləndiricilər arasından bizim üçün ən uyğun olanını tapmaq da bir az çətindir. Doğru nəmləndiricini tapsaq da, tərkibində kimyəvi maddələr ola bilər. Buna görə də avokado yağı təbii olması baxımından yaxşı seçimdir.

Avokado yağı dəri üçün qüsursuz bir nəmləndiricidir. Digər təbii yağlardan fərqli olaraq dəri tərəfindən sürətli şəkildə hopdurulur və daha tez effekt verir.

Yaşlanmaya qarşı
Avokado yağı haqqından çox bilinməyən faydalardan biri də onun yaşlanmaya qarşı olmasıdır. Dərinin alt qatlarına nüfuz edərək sərbəst radikallara qarşı mübarizə aparır.

Günəş kremi olaraq avokado yağı
Avokado yağının bir digər xüsusiyyəti də günəşdən qoruyucu krem olmasıdır. Avokado yağı kimi təbii yağlar kimyəvi maddə tərkibli günəş kremləri ilə müqayisədə daha yaxşı nəticə verir.

Saçlar üçün avokado yağı
Kəpək, saç tökülməsi, mat saçlar… Avokado yağı bu problemlərin hamısına müsbət təsir göstərir. Saçları qidalandıraraq parlaqlıq qazandıran avokado yağı eyni zamanda kəpək və saç tökülməsinə də yaxşı təsir göstərir. Güclü, tez uzanan və gur saçlar üçün saça qulluq rejiminizə avokado yağını da əlavə edin.

0 şərh