Cavan dəri üçün sadə masaj

Məhşur Şərq çimdik masajı üz dərisinin qan dövranını yaxşılaşdırır, dərini daha cavan və dartılmış edir, qırışları və iltihabları azaldır, rəngini yaxşılaşdırır.

Masaj çox vaxt, xüsusi şərait və heç bir xərc tələb etmir. Üzünüzü təmizləyin və masaja başlayın. Hər bir hərəkəti 3 dəfə təkrar edin. Şəkildə göstərilən xətlər üzrə dərini iki əlin barmaqlarının ucları ilə tez-tez yüngül çimdikləyin. Çimdiklər ağrılı olmamalıdır. Dərini çox dartmaq, sıxmaq olmaz.

Masajdan sonra dəri yüngül qızarmalıdır. Bu sadə proseduranı hər gün 5 dəqiqə ərzində edin.

0 şərh