Aloe kubikləri

Aloe şirəsi biostimullaşmaya görə çox səmərəlidir. Regenerasiya edir yeni hüceyrələrin yaranmasına kömək edir.

Aloe yarpağını götürürük. Qara kağıza büküb, soyuducunun aşağı rəfində 2 həftə saxlayırıq. Qaynanmış su ilə yuyuruq, ətçəkən maşınla çəkirik. Sonra tənziflə sıxırıq və təyinatı üzrə istifadə edirik.

Bu əməlliyatdan şirə alınır, əldə olunmuş şirəni dondurucu kamerada saxlamaq və dondurmaq olar. Zərurət olduqda və ya gözəllik üçün müalicəvi məqsədlərlə istifadə edə bilərsiniz.

Məsələn: Üzünüzdə xırda qırışlar varsa aloe buz kubları ilə sürtün 1 kub götrüb 1 yumurta sarısıyla və ya 1 çay qaşığı bal ilə qarışdırın. — Üzə təravət və gözəllik verir.

1 kubik götrüb 1 çay qaşığı Zeytun yağ ilə qarışdırın. Qışda quru və təravətini itirmiş dərini açardacaq və hamar edəcək;

1 kubik ilə quru südlə ( adi südlə də olar) qarışdırın. Üzdə olan bütün səpgiləri, sızanaqları, ləkələri yox edir, dərini ağardır.

Kimin dərisi yağlıdırsa 1:4 aloe şirəsi və spirti qatışdırın üzünüzə sürtün.

0 şərh