Qalıcı dırnaq boyası

Əllərimizin hər zaman baxımlı görünməsi üçün kremlər, dırnaq boyaları sürtürük. Amma bəzən həmin dırnaq boyaları qalıcılığını itirir və pis görünür.
— Dırnaqlarınıza boya çəkməzdən əvvəl nəmləndirici və ya hər hansı bir krem sürtməyin.
— Dırnaqlarınıza boya çəkməzdən əvvəl şüşəni mütləq çalxalayın.
— Boya çəkməzdən əvvəl dırnağınızın kənarlarında qalan lak qalıqlarını yaxşıca təmizləyin.
— Boyanı dırnağa hər zaman 3 qat sürtün. Bir qatın quruduğundan əmin olduqdan sonra digər qatı sürtün.
— İlk qata mütləq dırnaq qoruyucu sürtün. Dırnaqlarınızın səthində olan çuxurların örtülməsini təmin edər. Bunun sayəsində dırnaq boyanız daha səliqəli görünəcək.
— Ən əhəmiyyətli faktor isə dırnaq boyasının keyfiyyətidir. Ucuz olanlardan istifadə etmək qalıcılığa təsir edər, eyni zamanda dırnaq quruluşunuza zərər verər.
— Əlləriniz üçün istifadə edəcəyiniz kremlər eyni zamanda dırnaqlarınızın da baxımını təmin edər.
— Hər gün dırnağınıza parladıcı sürtmək həm dırnaq boyasının qalıcı olmasını, həm də uzun müddətli qalmasını təmin edər.
— Dırnaq boyasının pozulmaması üçün əllərinizi sərt yerlərə vurmayın. İş görərkən isə mütləq əlcək taxın.
0 şərh