Qalın qaşlar üçün məsləhətlər

Mixək
Mixəyi qaşlarınızı doldurmaq üçün istifadə edə bilərsiniz. Mixəyin arxa hissəsini yandırın. Bu zaman qara rəng əldə edəcəksiniz. Bunu qara rəngli qaşlara çəkərək, doldura bilərsiniz. Bununla qələm və boya kimi qaş köklərin hava almasını əngəlləyən vasitələrdən qoruna bilərsiniz.

Sarımsaq
Bir az qoxulu olacaq bilirik, amma istifadə etməkdə fayda var. Çox bilinən və tez-tez istifadə edilən bu vasitə qaş köklərini gücləndirərək daha sağlam bir görünüş əldə etməyinizi təmin edəcək. 1 diş sarımsağı soyun, əlinizlə iki hissəyə bölün, tüklər çıxan istiqamətdə suyunu çıxardaraq sürtün.

Sonra kiçik bir pambığın köməyi ilə qaşlarınıza təbii zeytun yağı sürtərək yuyun. Səhər yuxudan durduqda üzünüzü yaxşıca yuyun. Sarımsaq qoxusu sizi bir az narahat edə bilər, bunun yerinə sarımsaq yağı sürtmək daha məsləhətlidir.

Lifli qidalar
Tərəvəzləri daha çox yeməyə çalışın. Xüsusilə yaşıl tərəvəzlərdə olan lif qaşlarınızı qidalandırır və kökdən ucuna doğru qulluq göstərir. Qaş köklərinizi sağlamlaşdıran tərəvəzlərlə yanaşı, A, C, B3 və E vitamin tərkibli qidaların da istehlakını artırsanız, daha sağlam və qalın qaşlara sahib ola bilərsiniz.

Badam yağı
Kirpik və qaşa qulluqda ən əhəmiyyətli və populyar vasitələrdən biri də badam yağıdır. Mütəmadi olaraq istifadə etdikdə qaş kökləriniz sağlamlaşaraq, tüklər daha gur çıxacaq. Qaş fırçası köməyi ilə tətbiq edə biləcəyiniz badam yağı aşınmaya səbəb olmaz və təsirli qulluq göstərər.

0 şərh