Darçın maskası

Adətən burunda yaranan qara nöqtələr müdaxilə edilmədikdə sızanaqlar yarada bilir. Bu qara nöqtələri evdə darçın maskası ilə müalicə edə bilərsiniz.
Darçın maskasının hazırlanması:
1 çay qaşığı darçın, limon suyu və seçimə bağlı olaraq bir az zəncəfil tozunu qarışdırıb üzünüzə sürtün. 10-15 dəqiqə saxladıqdan sonra yuyun. Ya da 1 çay qaşığı darçınla balı qarışdırın.
Yatmazdan qabaq qara nöqtə olan yerə sürtüb bir gecə saxlayın. Səhər oyandıqda üzünüzü bol su ilə yaxşıca yuyun. Ən yaxşı nəticəni əldə etmək üçün 10 gün boyunca hər gün bu prosesi təkrarlayın.
0 şərh