Sızanaq ləkələrini aparan maska

Dərinizdəki sızanaq ləkələrindən kimyəvi vasitələr istifadə etmədən də qurtula bilərsiniz. 
Qeyd edək ki, qatıq suyu maskası dərinizdəki qırışları, qara nöqtələri, sızanaq və ləkələri təbii yolla aparır. Həm sağlamlıq baxımından faydalı, həm də dərinin təzələnməsinə yardımçı olan qatıq suyu, eyni zamanda, tərkibindəki maddələr sayəsində saç tökülməsinin qarşısını alır.

Bəs qatıq suyunun dəriyə faydaları nələrdir?
— Dərinin quruluğunu azaldır və nəm tarazlığını təmin edir
— Dəriyə açıq bir görünüş verir
— Dəri üzərindəki yaraların sağalmasına kömək olur
— Göz altı ləkələrin azalmasını təmin edir.
 
Qatıq suyu ilə maskanın hazırlanması:
Böyük bir kasanın içərisinə 1 stəkan qatıq suyunu tökün. Ardından 1 şüşə mineral su əlavə edin. 5 dəqiqə saxlayın. Daha sonra maskanı sadəcə sızanaq ləkələrinin olduğu yerə pambıqla sürtün. 15-20 dəqiqə qurumasını gözləyin, sonra ilıq su ilə durulayın. Bu maskanı həftədə 3 dəfə edə bilərsiniz.

0 şərh