Kartof suyunun dəriyə faydaları

Mərmər kimi tərtəmiz, şəffaf bir dəri üçün kartof suyu çox təsirli bir vasitədir. Evdə təbii kartof suyu maskası hazırlamaq üçün iki kartof götürün, onları sürtgəcin ən xırda gözündən keçirin. Sonra suyunu sıxın və bu su ilə üzünüzü yuyun. Kartoflari isə göz altınıza və bütün üzünüzə çəkin.

Yarım saat sonra üzünüzü təmizləyin. Bu üsul dərinizi bəsləyəcək, canlı tutacaq və eyni zamanda mərmər kimi tərtəmiz olmasını təmin edəcəkdir. Xüsusilə bayıra çıxmazdan əvvəl bu maskanı tətbiq etdikdə üzə pudra çəkmiş kimi bir görünüş verir.

Kartof suyunun dəriyə faydaları:
Sızanaqların qarşısını alır.
Dəridəki qırmızılıqları yox edir.
Burnun üstünü təmizləyir.
Gözaltı qaralmalarını yox edir.

Kartof suyu maskasını hər gün tətbiq etmək çox faydalıdır. Bunu alışqanlıq halına gətirin və dəri qulluğu üçün bahalı vasitələrdən istifadə etmək yerinə təbii maskalardan istifadə edin.

0 şərh