Epilyasiyanın növləri

Xarici görünüş qadınlar üçün vacib rol oynayır. Bunun üçün xoşagəlməz tüklərdən xilas olmaq əsas amillərdən biridir. Bu proses epilyasiya adlanır.

Epilyasiyanın bir neçə növü var. Onların hər birinin müsbət və mənfi cəhətlərə sahibdirlər.

Mexaniki. Bu metod günümüzdə az istifadə edilir. Əvvəllər daha çox istifadə olunurdu. Belə epilyasiyanın müsbət tərəfi istifadəsi zamanı insan orqanizminə heç bir kimyəvi təsirin olmamasıdır. Mənfi tərəfi isə, tüklərin qoparılıb çıxarılmasından yerlərində iltihabın baş verməsidir.

Kimyəvi. Kimyəvi metod müxtəlif maddələri özündə birləşdirir: kremlər, mazlar və s. Müsbət tərəfi istənilən nəticənin tez əldə oluna bilinməsidir. Həmçinin ev şəraitində də tətbiq etmək mümkündür. Kimyəvi epilyasiyanın mənfi tərəfi isə, dəridə kimyəvi yanıqlar riskidir.

Elektroepilyasiya. Bu vasitə elektrik cərəyanla tüklərin kökünə təsir etməkdir. Müsbət tərəfi tüklərin uzunmüddətli yaxud həmişəlik məhv edilməsidir. Mənfi isə ağrılı və uzun zaman tələb etməsidir. Müəyyən hallarda dəridə qıcıqlanmalara səbəb ola bilər.

Bioepilyasiya. Vosk istifadəsi ilə epilyasiya. Müsbət tərəfi qısa zaman ərzində böyük nahiyələrdən tüklərin təmizlənmə imkanıdır. Mənfi tərəfi effektin müvəqqəti olmasıdır.

Lazer epilyasiyası. Şüa ilə tüklərin məhvi. Prosedurun ağrısız keçməsi müsbət tərəfidir.

Fotoepilyasiya. Xüsusi apparat vasitəsilə şüalanma. Müsbət tərəf prosedurun ağrısız olmasıdır. Bütün tüklərdən azad olmaq mümkündür. Mənfi tərəf müxtəlif allergik reaksiyalar riskinin olmasıdır.
 

0 şərh