Saçları uzadan maskalar

Gözəl, uzun, baxımlı saçlar hər qadının arzusudur. Dügün olmayan baxım və qidalanma, pis ekologiya, streslər saçların xarici görünüşünə çox mənfi təsir edir, onların uzanmasını ləngidir.

Xardal maskası
2 x.q. bitki yağı, 1 yumurtanın sarısı, 1 x.q. xardal, 2 x.q. isti su qarışdırılır. Qarışımı baş dərisinə çəkin, sellofan, sonra dasmalla bağlayın, 1 saat saxlayın. Bu maskanı 1 ay ərzində həftədə 1 dəfə edin.

Yağ maskası
1 x.q. zeytun, 1 x.q. ayıpəncəsi və 1 x.q. gənəgərçək yağını qarışdırın, su hamamında bir az qızdırın, baş dərisinə çəkib sellofan və dəsmalla bağlayın. 1 saatdan sonra maskanı yaxşı yuyun. Bu maskanı da 1 ay ərzində həftədə 1 dəfə olmaqla etmək lazımdır.

Soğan maskası
Bu maskanı tətildə olanda etmək daha yaxşıdır ki, soğanın iyi qalıcı olur. 1 kiçik soğanı sürtgəcdən keçirin, 1 x.q. gənəgərçək yağı, 1 ç.q. bal və 1 x.q. limon şirəsini əlavə edib yaxşı qarışdırın, baş dərisinə çəkin, sellofan və dəsmalla bağlayın, 1 saat saxlayın.
 

0 şərh