Gözəl sinə üçün 4 təmrin

Bütün qadınlar dik döşlərə sahib olmaq istəyir. Yaşlandıqca isə döşlərin duruşu və ölçüsü dəyişilir və döşlər öz formasını itirir. Bu zaman isə döşlərin estetik gözəlliyi itir. Döşlərin öz gözəlliyini itirməməsi üçün isə dünyaca məşhur Xerli Pasternakın tərtib etdiyi hərəkətləri yerinə yetirmək lazımdır.

Bu hərəkətləri etməklə ən məşhur kino ulduzları döşlərinin gözəlliyini qoruyub saxlamışlar. Hərəkətlər çiyinlərin düz durması və döşlərin qaldırması istiqamətində aparılır. Bu hərəkətlər aşağıdakılardır:

1. Supermen
Üzü aşağı istiqamətdə döşəməyə uzanın, əllərinizi və ayaqlarınızı döşəmədən hündürdə saxlamağa çalışın. Bacardığınız qədər bu vəziyyətdə durun.



2. Qantellə hərəkət
Üzü yuxarı halda döşəməyə uzanın və dizlərinizi qatlayın. Qantelləri əlinizə alaraq qollarınızı paralel saxlayıb başınıza doğru yaxınlaşdırın. Qantellərin çəkisi 2 kq-dan az olmamalıdır. Hərəkəti edən zaman ayaqlarınızın döşəmədən tərpənməməsinə əmin olmalısınız.

3. Ayaqüstü hərəkətlər
Bu zaman arxa hissəni geriyə doğru əyib çiyini qabağa doğru gətirərərək dizlərlə parlarel saxlamaq lazımdır. Bu hərəkəti edərkən qantellər əldə saxlanılmalıdır və baş geriyə doğru əyilməlidir. Ağırlığı bud hissəyə salalaq bir neçə dəfə əyilməklə hərəkəti yerinə yetirmək lazımdır.



4. Remenlə hərəkət
Bu hərəkət xüsusi idman alətinə bərkidilmiş remenlə həyata keçirilir. Remenlərdən iki əllə yapışaraq arxaya doğru əyilmək və ayaqları qoyulduğu yerdən tərpətməməklə bu hərəkət yerinə yetirilir. Bu zaman üz idman alətinə doğru dayanmaq və 45* bucaq altında əyilmək lazımdır. Yuxarında qeyd edilən hərəkətlər çiyin əzələlərinin möhkəmlənməsinə və döşlərin yuxarıya doğru dartılmasına səbəb olur. Hərəkətləri hər gün etmək lazımdır. Gün ərzində özünüzə zaman ayırmaqla dik və gözəl döşlərə sahib ola bilərsiniz.

0 şərh