Saç boyasını dəridən necə təmizləyək?

Əksər xanımlar saçlarını evdə özləri boyayır. Amma bu zaman dəridə boya ləkəsi qalır. Bəs bu ləkəni asanlıqla necə təmizləmək olar?

Spirt və qab şampununu qarışdırın
Makiyaj təmizləmə pambığına, ya da qulaq çöpünə spirt sürtün, sonra bir damcı qab şampunu əlavə edin. Hazırladığınız pambığı dərinizdəki saç boyası ləkələrinə ehmalca sürtün və daha sonra yuyun.

Qabartma tozu və sabun
Qabartma tozu ölü dəriləri yox etmə xüsusiyyətinə malikdir. Üç yemək qaşığı qabartma tozu və bir yemək qaşığı duru sabunu qarışdırın. Sonra bir çitlə dərinizə yavaşca sürtün. Ləkələrin yox olduğunu görəcəksiniz.

Sirkədən istifadə edin
Əgər digər iki vasitə yararlı olmasa, son çarə olaraq sirkəni yoxlaya bilərsiniz. Sirkəni xəfifcə boyalı yerə vurun. Həssas dərisi olanlara bu vasitədən istifadə tövsiyə olunmur.
 

0 şərh