Çox effektli balqabaq maskaları

Balqabaq dəri üçün olduqca faydalı olan, dərini cavanlaşdıran bir çox maddələrlə zəngindir. Balqabağın tərkibində olan A və C vitaminləri, sink mineralı dərinin cavanlığını və sağlamlığını qoruyur.

1. Balqabağın əti blenderdə yaxşı əzilir, təmiz üz dərisinə çəkilir. Maskanı 20 dəqiqə saxlayın, sonra yuyun və qidalandırıcı krem çəkin.

2. 3 x.q. balqabaq püresi, 1 ç.q. bal, 1 yumurtanın sarısı qarışdırırlır, dəriyə çəkilir. Maskanı 20 dəqiqə saxlayın.

3. Yağlı dəri üçün: 3-4 x.q əzilmiş balqabaq əti 1 ç.q. zeytun yağı ilə qarışdırılır, dəriyə çıəkilir, 20 dəqiqədən sonra yuyulur.

4. Quru dəri üçün: balqabaq püresi kəsmiklə bərabər miqdarda qarışdırırlır, təmiz üz dərisinə çəkilir. 20 dəqiqədən sonra maskanı yuyun, qidalandırıcı krem çəkin.

0 şərh