Kələm maskaları

Kələm maskaları üz dərisinə çox yaxşı təsir edir — nəmləndirir, ağardır, cavanlaşdırır, hamar və elastik edir, kiçik qırışları açır. 

— Yağlı dəri üçün maska: 1 iri kələm yarpağı, 2 x.q. yulaf yarması (gerkules), 1 ç.q. limon şirəsi. Kələm blenderdə xırdalanır, gerkules və limon şirəsi əlavə olunur, qarışdırılır. Maskanı təmiz dəriyə çəkin, 20 dəqiqə saxlayın, ilıq su ilə yuyub nəmləndirici krem çəkin.

— Quru dəri üçün maska: 1 kələm yarpağı blenderdə xırdalanır, 1 x.q. xama əlavə olunur, yaxşı qarışdırılır. Maskanı təmiz dəriyə çəkin, 20 dəqiqə saxlayın. İlıq suda isladılmış tamponla silin.

— Quru dəri üçün maska: 1 kələm yarpağı blenderdə xırdalanır, 1 x.q. gənəgərçək yağı əlavə olunur, qarışdırılır.

0 şərh