Dəri təmizliyində təbii vasitələr

Hindqozu yağı
Hindqozu yağı makiyaj təmizləmədə olduqca təsirli vasitədir. Bununla yanaşı, dərini nəmləndirir və istifadəsi çox sadədir. Sadəcə olaraq, pambıqla dərinizə çəkin.

Zeytun yağı
Dəriniz qurudursa, zeytun yağı ən yaxşı dostunuz ola bilər.

Qatıq
Qatıqda olan faydalı probiotik makiyajınızı təmizləyərkən dərinizi rahatlaşdıracaq. Fermentlər və laktik turşusu isə ölü dəri hüceyrələrini yox edərək, dərinin itirdiyi suyu geri qaytarır. Çətin deyil, pambığı qatığa batırıb dərinizi masaj edin.

Süd
Həssas dəriyə sahib olanlar üçün süddən daha yaxşı təbii makiyaj təmizləyicisi ola bilməz. Süddə olan su, yağ və zülalın dəriyə rahatlaşdırıcı təsiri var. Dərinin yenilənməsini təmin edir və nəmini geri qazandırır.

Aloe vera
Xüsusilə yağlı dərisi olan qadınların seçim edə biləcəyi aloe vera ehtiva etdiyi vitamin, mineral və amin turşuları ilə inadçı makiyajınızı təmizləyər. Bu bitki həmçinin qızartı və şişmiş gözlərə də yaxşı təsir edir.

0 şərh