Ərik - Alma maskası

Qırmızı alma qabığı və qalın doğranmış əriklərin qarışığı dəriyə təravət və canlılıq gətirən bir maskadır.

Tərkibi bərk, turş olmayan, orta ölçülü qırmızı alma və dörd ədəd bərk ərikdən ibarətdir. Bir orta ölçülü qırmızı alma incə soyulur. Maska üçün almanın qabıqları istifadə ediləcək.

Hər biri təxminən 1,5 sm qalınlığında dörd ədəd bərk ərik (yumşaq olmayan) qabıqları ilə birlikdə soyulur. Əriyin dənəsinə yaxın hissə istifadə olunmamalıdır. İncə soyulmuş qırmızı alma qabığı və qalın ətli (1,5 sm) soyulmuş dörd ərik üzərinə çox az su əlavə olunaraq kiçik bir qabda beş dəqiqə aşağı temperaturda qaynadadılıb həlim hala gətirilir. ərikdən üz dərisinə qulluq

Çəngəl köməyi ilə hər tərəfli əzilir. Sıyığın çox suyuq olmamağına diqqət edin. Beş dəqiqə əzidikdən sora soyumağı üçün kənara qoyun.Soyuduqdan sonra iki barmaqla alına, buruna və üzə çox yüngül formada tətbiq olunur.

Üzünüzdə ən az iyirmi və maksimum otuz dəqiqə gözlədin. Bundan sonra üz su ilə yuyulur və bir dəsmal ilə qurudulur. Bu həftədə bir dəfə edilir. Ayda üç dəfədən çox tətbiq olunmur. Hər dəfə təzəsi hazırlanır.

Mənbə : tibb-dunyasi.com

0 şərh