Quru dəri üçün maskalar

Quru dəri üçün qidalandırıcı maskalar:
  • 1 çay qaşığı xama
  • 1 çay qaşığı bal 
  • 0.5 çay qaşığı əzilmiş güləm və ya çiçək tozu qarışdırılır.
  • Üzə çəkilib 15 dəqiqə saxlanılır. Həftədə 1-2 dəfə qoyulur.
Bu maska həm də cavanlaşdırıcı təsir göstərir.

            Quru dəri üçün maskalar

ikinci resept
  • 2 yumurtanın ağı tam ağ köpük alınana qədər çalınır,
  • Üzərinə 10 damcı limon şirəsi və 1 xörək qaşığı bal (əgər xarlanıbsa bir qədər isidilib) əlavə edilir.
  • Qarışdırılıb maska qoyulur.
Üçüncü resept
  • 1 yumurtanın sarısı
  • 1 xörək qaşığı mayonez qarışdırılır.
  • Üzə bitki yağı çəkilir, üzərindən isə bu maska çəkilir.

Baldan hazırlanan maskalar istənilən dəriyə yaxşı təsir göstərir. Əks göstərişlər – qan damarlarının səthi yerləşməsi və allergiyadır.

Mənbə:
xanim.az

0 şərh