Dəri gözəlliyi üçün zeytun yağı

Zeytun yağının istər yay, istərsə də qış günlərində dəriyə nə qədər faydalı olduğunu bilirdinizmi? Peyğəmbərimiz (səlləlləhu aleyhi vəsalləm)  həmişə isti yay günlərində zeytun yağı ilə yağlanarmış və bunun sağlamlıq üçün faydalı olduğunu deyərmiş.Birincisi, zeytun ağacı 4-5 əsr yaşaya bilir, bu uzunömürlük hər ağacda olmur.
İkincisi, zeytun yağı başdan-başa vitamin, mineral, polifenol mənbəyidir və elə buna görə isti yay günlərində dəridən sorulma daha tez getdiyindən bunun insana nə qədər faydalı olduğunu bilməyimiz lazımdır. Üçüncüsü, həmin dövrdə yalnız soyuq sıxılma ilə alınmışZeytun yağının dəriyə faydalarızeytun yağından söhbət gedə bilərdisə, bu gün özəlliklə soyuq üsulla alınmış zeytun yağından istifadə edilməsini məsləhət görürük. Yaxşı olar, bu məqsədlə yerli yağlardan istifadə edəsiniz, məsələn, Abşeron, Zirə sızma yağları faydalıdır.
Zeytun  yağı isti yay günlərində dənizə gedənlər üçün əvəz-olunmazdır, yuyunmazdan əvvəl bütün bədəninizi yaxşı-yaxşı yağlayın, yuyunun, qurulanın, amma sabunla yuyunmayın, zeytun yağını dəriyə dairəvi hərəkətlərlə çəkin, dəri qırışları və sellülit yavaş-yavaş azalacaqdır, dəriniz parlaq və canlı olacaqdır. Bunu 2-3 prosedurdan sonra görəcəksiniz. Zeytun yağı dəri xərçənginin profilaktikası üçün əla vasitədir, çünki zeytun yağı başdan-başa antioksidantdır.
Zeytun yağını çəkinmədən gözaltı qırışlara çəkin, az bir vaxtdan sonra qırışların azaldığını görəcəksiniz, zeytun yağını bərabər miqdarda keçi piyi ilə əridin, soyudun, sonra daban və qarın çatlarına çəkin, çatlar az bir vaxtdan sonra keçəcəkdir. Zeytun yağını bərabər miqdarda arı mumu ilə birlikdə əridin və bu qarışımdan dodaqlarınıza çəkin, dodaqlar həm yumşaq olacaq, həm də çatlamayacaq. Zeytun yağını bədənə və üzə bol-bol çəkin, bütün ləkələr təmizlənəcəkdir. Zeytun yağı dəridən sorulur və dərinin həm qalınlaşmasına, həm də elastikləşməsinə səbəb olur, belə dəri qırışmalara meyilli olmur, zeytun yağı dırnaqları kövrək olanlar üçün də faydalıdır. Oynaq kirəcləşməsinin qarşısını alır və kirəcin fəsadlarını aradan götürür. Zeytun yağı dəridəki bakteriya və göbələkləri məhv edir. Bütün bu məqsədlər üçün rafinə edilməmiş zeytun yağından istifadə edilməlidir.

Mənbə: fizulihuseynov.com
 

0 şərh