Gülümbahar bitkisinin saçlara faydası

Gülümbahar (kalendula) bitkisi demək olar ki, Azəarbaycanın bir çox rayonlarında bitir.
Apteklərin çoxunda da qurudulmuş halda kalendula tapmaq olur. Amma əksəriyyət onun saçların uzanmasında böyük rolu olduğunu bilmir. Tibb təbabətindən yazılan kitabların çoxunda bu bitki haqda məlumatlar var. Bu kitablarda kalenduladan hətta qədim Yunanıstanda və qədim Romada da istifadə edildiyi yazılır. İndi sizə yazacağımız reseptlərə əməl etsəniz heç bir gözəllik salonuna getməyə səbəb qalmayacaq.
İşlətmə qaydası:saçlara fayda veren gülümbahar bitkisi
2 xörək qaşığı kalendulanın (yaş və ya quru) üzərinə 100 ml spirt və ya araq tökülür, 2 həftə soyuq və qaranlıq yerdə saxlanıır. Bankanı 3 gündən bir çalxalamaq lazımdır. Alınan dəmələmə saça sürtülüb, 10 dəqiqə müddətində massaj olunur. Dəmləmənin tərkibində olan spirt baş dərisini qıcıqlandırıb qabıqlaşma əmələ gətirə bilər, amma narahatçılığa lüzum yoxdur, çünki spirt baş dərisində olan kapilliyarların fəaliyyətini artırır. Qanın yaxşı işləməsi isə baş dərisində qidalanmanı təmin edir.Əgər baş dərisi qabıq verərsə dəmləmənin içinə gənəgərçək yağı əlavə etmək olar.Bu resept saçları uzadır, kəpəyin qarşısını alır, seboreyanı sağaıdır.

Müəllif: Yaşar Seyidli, Xumar Əhmədbəyli, Nailə Əliyeva
Mənbə: Biologiya 7 Ümumtəhsil məktəblərinin 7-c sinfi üçün Biologiya fənni üzrə dərslik

0 şərh