Həm ev işi gör, həm də kalori itir

Formada qalmaq istəyənlərin kalori yandırmaq üçün istifadə etdiyi bir çox üsul var. Məsələn, müntəzəm olaraq məşq etmək, qaçmaq, kiçik boşqablardan istifadə edib az yemək yeməyi üstün tutmaq kimi.
Ancaq aparılan son araşdırma bu variantlara bir yenisinin əlavə olunduğunu göstərir. Çünki bu araşdırmaya görə, yalnız evinizi təmizləyərək gündə 600 kalori yandırmaq mümkündür. Hətta 2 saat ərzində evdə təmizlik işi aparmaq 5 kilometrlik bir qaçışdan belə daha çox  kalori yandırır.
Toz almaq, döşəməni  silmək, hamamı təmizləmək kimi gündəlik ev işləri sayəsində evinizindən çıxmadan belə kalori yandıra bilərsiniz. Hansı ev işləri kalori yandırır
Hansı ev işi neçə kalori yandırır?
  • Ən çox səy tələb edən ev işi şüşə silməkdir. Şüşələri silərək yalnız 20 dəqiqə ərzində orta hesabla 115 kalori yandıra bilərsiniz.
  • İkinci sırada isə döşəməni silmək.  Bu ev işi 20 dəqiqə ərzində fasiləsiz edildikdə 107 kalori yandırır.
  • Üçüncü sırada 20 dəqiqədə 100 kalori yandıran hamam təmizliyi.
  • 40 dəqiqə ərzində toz almaq isə demək olar ki, 200 kalori yandırır.
  • Elektrikli süpürgəylə (tozsoran) yerləri süpürmək  isə 20 dəqiqə ərzində 86 kalori yandırır.
  • Bu nəticələr göstərir ki, bu yorucu ev işlərini iki saat ərzində etdiyiniz təqdirdə təxminən 600 kalori yandırırsınız. Bu da 5 kilometr qaçış zamanı yandırılan 374 kaloridən demək olar ki, iki dəfə çoxdur.
 Qeyd: Təbii ki, bu qədər kalori yandırdıqdan sonra xəmir işləri, şirniyyatlar və xəmir xörəkləri yesəniz hamısının boşa gedəcəyini də xatırlatmaqda fayda var.

Mənbə: recept.az

0 şərh