Tökülən saçların çarəsi

Adətən, məişətdə istifadə etdiyimiz soda təmizlik, müxtəlif şirniyyatların hazırlanmasında köməyimizə çatır. Bununla yanaşı müxtəlif xəstəliklərin müalicəsi üçün də əvəzsiz dərmandır. Olduqca faydalı bu maddə saçın sağlamlığını və parlaqlığını bərpa edir, kökünü möhkəməndirir. Siz onu adi şampun əvəzinə istifadə edib, inanılmaz faydasından zövq ala bilərsiniz.
Sodalı şampunun reseptini təqdim edir. tökülən saçların çarəsi
Kiçik bir şüşəyə 1:3 nisbətdə soda və su töküb qarışdırın. Qədərini saçın uzunluğundan asılı olaraq tənzimləyə bilərsiniz. Saçlarınız uzundursa, 9 xörək qaşığı su və 3 xörək qaşığı soda qarışdırın. Sonra bu məhlulu quru və ya nəm saçlarınıza, saç kökündən uclarına qədər yaxıb 1-3 dəqiqə saxlaya bilərsiniz. Bir neçə dəqiqə saxladıqdan sonra isti su ilə yuyun. Saçlarınızı alma sirkəsi istifadə edərək yenə yaxalayın. Su ilə sirkəni 1:4 nisbətdə qarışdırın.Ətrini yaxşılaşdırmaq üçün efir yağı istifadə edə bilərsiniz. Şampunun faydası artıq ilk istifadədən sonra nəzərə çarpacaq. Saçlarınız sürətlə uzanacaq, güclü, parlaq və sağlam olacaq!


Mənbə: xanim.az

0 şərh