Piylənmənin səbəbləri və müalicəsi

Piylənmə müasir dövrün aktual problemlərindən biridir.
Piylənmə (latın dilində “adipositas”) – yağların yığılması (toplanması), piy toxuması hesabına bədən çəkisinin artması deməkdir. Piy toxumaları həm fizioloji zonalarda, həmçinin süd vəziləri, bud və qarın nahiyələrində yığıla bilər. Piylənmə piy toxumasının miqdarına ğörə – dərəcələrə, onun əmələ gəlmə səbəblərinə görə isə tiplərə bölünür. Piylənmə
Piylənmənin təsnifatı:
Mərkəzi piylənmə – qarın nahiyəsində piy yığıntılarının əmələ gəlməsi deməkdir. Piylənmənin ən təhlükəli növüdür, statistikaya əsasən ürək xəstəlikləri, arterial təzyiq və səkərli diabetin olma riskini artırır. Belə növ piylənmə belin ölçüsünün budların ölçüsündən qadınlar üçün – 0,9, kişilər üçün isə – 1 dəfə artıq olduqda müşahidə olunur.
“Pivə” qarnı – piy yığıntılarının qarın nahiyəsində olması, digər zonalarda isə piylənmənin olmaması zamanı təyin edilir. “Pivə” qarnı adətən çoxlu miqdarda pivə qəbul edən şəxslərdə müşahidə edilir.
Piylənmənin patoloji formaları – adətən insanda endokrin sisteminin pozğunluqları zamanı müşahidə edilir, bu da yağların mübadiləsinin pozulmasına gətirib çıxarır.
Piylənmə aşağıdakı hallarda müşahidə oluna bilər:
  • qəbul olunmuş qida ilə sərf olunmuş enerji arasında tarazlıq pozulduqda;
  • mədəaltı vəzi, qara ciyər, nazik və yoğun bağırsaqda pozğunluqlar zamanı;
  • genetik pozğunluqlar zamanı.
Piylənməyə meyillik yaradan faktorlar:
  • hipodinamiya (fiziki hərəkətlərin azalması);
  • genetik faktorlar, məsələn: lipogenez fermentlərinin yüksək fəallığı, lipoliz fermentlərinin fəallığının azalması.
  • asan mənimsənilən karbohidratların çoxlu miqdarda qəbulu, məsələn: şirin içkilər, şəkərlərlə zəngin pəhriz.
  • bəzi xəstəliklər, əsasəndə endokrin xəstəlikləri (hipoqonadizm, hipotireoz, insulinoma);
  • qidalanma pozğunluqları, qida qəbulunun pozulmasına gətirib çıxaran bəzi psixoloji vəziyyətlər.
  • stressə meyillik;
  • doyunca yatmama;
  • psixortop vasitələr.
Son illər piylənmədə virus etiologiyası olduğu zənn edilir. Məsələn, insan adenovirus-36 virusuna tutulduqda sonuncu piy toxumalarının yetişmiş gövdəvari hüceyrələrini piy hüceyrələrinə çevirir.
Piylənmənin vəziyyətini müəyyən ütmək üçün Bədən Çəki İndeksindən (BÇİ) istifadə olunur.
Bədən Çəki İndeksi (Ketle indeksi) – insanın piylənmə dərəcəsini göstərir. BÇİ-ni müəyyən etmək üçün sadə riyazi hesablama aparılmalıdır. Bunun üçün pasiyent öz çəkisini (kq-la) boyunun (m-lə) kvadratına bölməlidir.
Alınmış nəticəni aşağıdakı cədvələ qoyduqda piylənmə dərəcəsi haqqında məlumat əldə etmək olar.
Son illər bəzi müəlliflər BÇİ-ni tənqid edirlər. Bu onunla bağlıdır ki, bu indeksdə piy/əzələ nisbəti, həmçinin piyin orqanizmdə paylanma tipi nəzərə alılnmır. Ancaq buna baxmayaraq BÇİ hazırda piylənmənin yeganə tanınmış beynəlxalq meyarıdır.
Piylənmə şəkərli diabet, hipertoniya xəstəliyi və digər ürək-damar xəstəlikləri, artıq çəki həmçinin piy toxumaların orqanizmdə yayılması, bəzi daxili orqanların (qara ciyər, bağırsaqlar) fəaliyyətinin pozulması, dəridə müxtəlif dəyişikliklərə (“selülit”, dartılma, genişlənmiş məsamələr) gətirib çıxarır.
Artıq çəki və piylənmənin müalicə üsulları.
1.Pəhriz. Bu üsulun əsas prinsipi tərkibi selüloza, vitaminlər və digər bioloji fəal maddələrlə zəngin olan (taxıl bitkiləri, tərəvəzlər, meyvələr və s.) və asan mənimsənilən karbohidratlardan azad olan qidaların qəbulu və fiziki hərəkətlərdən ibarətdir. Ancaq pəhrizin saxlanılması bəzi hallarda piylənməni artırır. Bu onunla bağlıdır ki, pəhrizdən sonra iştahanın sürətli artması və çəkinin sürətli yığılması müşahidə olunur. Bunula əlaqədar pəhrizi yenidən saxlamaq çətin olur. Bəzi alımlərin tədqiqatlarına əsasən (Treysi Mann və s.) artıq çəki ilə mübarizədə pəhriz effektsiz üsuldür. Ümumdünya Səhiyyə Təşkilatının məsləhətinə əsasən piylənməyə qarşı mübarizə üçün insan qəbul elədiyi qidanın kaloriyasını hesablamalı və hər ay 500 kkal miqdarında azaltmalıdır.
2.Arıqlamaq üçün dərman vasitələri. Bura sintetik və təbii mənşəli müxtəlif dərman vasitələri və bioloji fəal əlavələr daxildir. Bu vasitələr öz təsir mexanizmləri ilə təsnif olunurlar:
a)İştahanı yatırdan vasitələr (katexolaminlər və onların törəmələri).
b)Orqanizmdə maddələr mübadiləsini sürətləndirən vasitələr.
d)Orqanizmdə müəyyən qida maddələrin sorulmasına təsir göstərən vasitələr. Məsələn orlistat (“Ksenikal”) yağların parçalanması və sorulmasını ingibə edir, qlükomann həzmi yatırdır, kaloriylərin mənimsənilməsini aşağı salır.
e)Mərkəzi təsirə malik vasitələr (anoreksiklər). Bu vasitələr iştahanı yatırdırlar (sibutramin, deksedrin), bəzi hallarda bu təsirə digər qrup preparatlar malikdirlər (məsələn, diqoqsin).
Bu vasitələrin bəziləri oyandırıcı təsirə malikdirlər, bunula əlaqədar onları uzun müddət ərzində istifadə etmək olmaz. Belə vasitələrin xoşagəlməz yan təsirləri var. Məsələn, orlistat steatoreya (yağlı nəcis) verə bilir, sibutramin arterial təzyiqi artırır, ağızda quruluq, qəbizlik, baş ağrısı və yuxusuzluq verir, fen-fen preparatı ürək döyüntülərini artırır, qlaukoma və asılıq yaradır, akarboza mədədə ağrıları və metiorizm verir. Rimonabant preparatının istifadəsi bəzi dövlətlərdə (ABŞ, Kanada) qadağan olunub.
Bu tip preparatlardan metformini, eksenatidi (mədənin boşalmasını azaldaraq toxluq hissi yaradır), pramlintidi (amilin hormonunun sintetik analoqu) qeyd etmək olar.  Son illər geniş istifadə olunan vasitələrə piruvat aiddir. Bu vasitə effektiv olaraq az miqdarda çəkinin azalmasını təmin edir. Bu maddə həmçinin qırmızı alma, qırmızı çaxırın tərkibində var.
Son illər kombinasion terapiyaya üstünlük verilir. Məsələn fentermin və fenfluraminin kombinasiyada istifadəsi müsbət effekt verir, ancaq bu kombinasiya ürək qapaqlarını zədəliyə bilir. Hazırda üç kombinəolunmuş preparat üzərində kliniki tədqiqatlar aparılır: “Kneksa”, “Ekskalia” və “Kontrav”. Bundan əlavə digər maraqlı tədqiqatları da qeyd etmək olar: SitRks korporasiyasında professor Makkolm Parker tərəfindən ribonuklein turşusuna təsir göstərən vasitələr üzərində tədqiqatılar aparılır, Mürəkkəb və Biotibbi Maretiallar İnstitunda (Neapol) Luidji Ambrozio tərəfində poliselüloza üzərində aparılan elmi araşdırmalar.
Arıqlamaq üçün olan vasitələrinin effektinin az olması onunla bağlıdır ki, hələ tibb elmi iştahanın sinir mexanizmini tam öyrənməyib. Bununla əlaqədar belə vasitələr artıq çəki problemini uzunmüddətli həll etmir.
3.Cərrahi müdaxilə. Liposaksiya – piy hüceyrələrinin aradan götürülməsinə yönəlmiş cərrahi əməliyyatdır. Ancaq bu əməliyyat atrıq çəkiyə qarşı mübarizə kimi yox, piy yığıntılarının kosmetik aradan qaldırılmasına yönəlib. Britaniya alimlərinin fikirlərinə görə sağlamlıq üçün bu əməliyyat faydasızdır. Təhlukəliyi və zərəriliyini nəzərə alaraq bu əməliyyatdan hazırda çalışırlar az istifadə edilsin.
Müasir bariatrik cərrahiyyədə iki növ əməliyyatdan istifadə edilir:
1)ABŞ və Kanadada “Roux-en-Y gastric bypass” tipli mədə şuntlaması. Bu əməliyyat 70-80% artıq çəkidən azad olma imkanı verir.
2)Avropa və Avstraliyada mədənin tənzimlənən bandajlanması. Bu əməliyyat 50-60% artıq çəkidən azad olma imkanı verir.
Hazırda bu əməliyyatlar miniatür optik sistemin nəzarəti ilə laparoskopik üsulla aparılır. Cərrahi əməliyyatlar yalnız BÇİ 40-dan yuxarı olan xəstələrə istifadə olunur. Əgər xəstələrdə 2-tip şəkərli diabet, hipertonik xəstəlik, ayaq oynaqlarında problem və venaların varikoz genəlməsi müşahidə olunursa bu zaman BÇİ 35 olan xəstələrdə də bu əməliyyat aparılır.


Mənbə: dietoloq.wordpress.com

0 şərh