Dırnaqların qırılmasına səbəb olan amil

Dırnaqlar qadınların ən zəif nöqtəsidir. Həmçinin, gözəl dırnaq əli də zərif göstərir. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, dırnaqların qırılmasına səbəb bu amillərdir:
 
Zülal çatışmazlığı
Kifayət qədər protein qəbul etməmək qırılan dırnaqlara səbəb ola bilər. Bu səbəbdən zülalla zəngin məhsullar dırnaqlarınız üçün yaxşı qida mənbəyidir. Dırnaqlarınızın zülal ehtiyacını ödəmək üçün çoxlu balıq, toyuq, yağsız mal əti, yumurta, lobya və süd qəbul edin.
Dırnaqların qırılmasına səbəb olan amill
Susuzluq
Susuz qalmaq bədəniniz üçün zərərlidir və zəif dırnaqların ən vacib səbəblərindən biridir. Dırnaqlarınıza qulluq etmək və dehidrasiyanın qarşısını almaq üçün gündə doqquz stəkan su için.

Quruluq
Dırnaqlarınızın yalnız içəridən nəmə ehtiyacı yoxdur, həm də kənardan dəstək tələb olunur. Bunun üçün, gün ərzində əllərinizə yaxşı nəmləndirici tətbiq etməyi unutmayın. Xüsusilə, əllərinizi yuduqdan sonra nəmləndirici dırnaqlarınız üçün çox yaxşı olacaq.

Su ilə çox vaxt keçirmək
Su içmək dırnaqlarınıza faydalıdır. Lakin, dırnaqlarınızı çox suda saxlamaq onların təbəqələrinə zərər verər. Bu səbəblə, qab yuyarkən əlinizə həmişə əlcək geyin. Əks təqdirdə, suya məruz qalan dırnaqlar quruyub asanlıqla qırılacaq.
Dırnaqların qırılmasına səbəb olan amill
Daimi dırnaq boyası istifadə etmək
Dırnaq boyası onların qurumasına və qırılmasına səbəb olur. Bu səbəbdən eyni dırnaq boyasını beş gündən çox dırnaqlarınızda saxlamamalı və nəfəs almasına icazə verməlisiniz.

Dırnaq boyasının soyulması
Bir çox insan aseton istifadə etmək əvəzinə dırnaq lakı soymaq vərdişinə sahibdir. Bu vəziyyət zərərsiz görünsə də, əslində dırnağın daxili quruluşunu qoruyan səth qatının dəyişməsinə və qırılmasına səbəb olur.
 
Dırnaq qırılmasının müalicəsi:
İlk əvvəl qırılmanın səbəbi araşdırılır, təyin olunan bir səbəb varsa, düzəldilir. Xəstənin aldığı zülal azdırsa, artırması təklif edilir, guatr və ya ürək xəstəliyi varsa, müalicə edilir. Bütün bunların yanında qəbulu asan olan biotin müalicəsi əlavə olunur. Qırılmanın şiddətinə görə 2 mg və ya 5 mg-lıq həblərin qəbul edilməsi məsləhət görülür. Biotin qırılmaları azaltdığı üçün dırnağın uzanma sürətini də artıran bir vitamindir. Müalicəyə əlavə olaraq biotinli dırnaq kremləri istifadə edilə bilər.


Müəllif: Ayşən Vəli
Mənbə: sia.az

0 şərh