Gözəl və baxımlı saçlar

Saçlar, qadının makiyajından paltarına qədər bütün gözəlliyini tamamlayır. Daha gözəl görünməyin sirri, baxımlı, sağlam və cazibədar saçlardadır.
Saçlar istər - rəng, perma, refle kimi kimyəvi əməliyyatlardan, istərsə də - günəş, hava çirkliliyi, su, külək kimi ekoloji faktorlar səbəbiylə tez – tez köhnəlir və cansızlaşır. Bunlar bütövlükdə saçın quruluşu üzərində mənfi təsir yaradır. Saçda ən sıx qarşılanan problemlərin başlıcası, həddindən artıq yağlanılma, quruma, kəpək, tökülmə və saç tellərinin qırılmasıdır. Bütün bunların müxtəlif səbəbləri olmaqla yanaşı, saç baxımında edilən bir sıra səhvlər də bu kimi problemlərə yol açır. Saç baxımında ən sıx edilən səhvlər bunlardır:
1. Həddindən artıq jele və ya sprey istifadə etmək
2. Həddindən artıq günəş işıqları qəbul etmək
3. Sıx perma etdirmək
4. Saçları sərt fırçalarla həddindən artıq fırçalamaq
5. Gərəksiz yerə tez – tez saç baxımı etmək
6. Saçları quru – quru fenləmək
7. Zülal maddələri az olan diyetlər tədbiq etmək
8. Saç rəngini tez-tez dəyişdirmək

Bu səhvlər saçlarınızın köhnəlməsinə, qırılmasına, zəifləməsinə və tökülməsinə yol aça bilər. Gözəl və sağlam saçlara sahib olmaq üçün saçlarınızın baxımını bir az ertələmək lazımdır. Aşağıda saydığımız bir neçə təklifi həyata keçirərək daha gözəl saçlara sahib ola bilərsiniz. Unutmayın nə qədər qəşəng və baxımlı olsanız belə, süpürgə kimi saçlar bütün cazibədarlığınızı yox edər.

0 şərh