Saçlara qulluq

Saçınız quru, yağlı və ya kəpəklidirsə, bu problemlərinizin sirri, saçlarınızı düzgün şəkildə yumağınızdadır.

İncə telli saçlar:
İncə telli saçlar üçün çıxarılmış olan şampunlar, saç tellərinin bir-birinə yapışmasına mane olaraq çox daha həcmli görünmələrini təmin edərlər. Xüsusilə gicitkən otu köklü şampunlar, saç diblərini saç dərisindən yüngül qaldıraraq daha dolğun bir görünüş qazandırarlar. Baxım və onların təsirinə malik məhsulları həftədə bir dəfə mütləq istifadə etməlisiniz. Lakin hədindən artıq istifadə etməniz, saçlarınızı lazım olduğundan da çox ağırlaşdıra bilər.

Quru saçlar:

Quru saçlara üçün xüsusi hazırlanmış şampunlar təmizliyi, qorumağı və baxımı ilk yumada, eyni anda edirlir. Xüsusilə yumşaq quruluşlu təmizləmə maddələri ilə dolu olan bu şampunlar, eyni zamanda ipək kimi maddələrin köməyiylə saçın təmir edilməsinə də qatqı göstərər. Düyü yağı, shea yağı, hindistanqozu yağı kimi maddələrlə kəpəkdən qurtula bilərsiniz. Bəzi parlaqlıq verən şampunlar silikon da ehtiva etdiyindən, saç səthini tamamilə örtərlər. Bu sayədə saçlar daha az nəm itirər və parlaqlıq qazanar.

Yağlı saçlar:

Yağlı saçlar üçün hazırlanan şampunlar, saç yuma sıxlığını bir az olsun azaldır. Bu şampunların içində saçı yağdan qorumaq üçün digər şampunlara görə daha çox "intensiv" olur. Saçlarınızda yağ meydana gəlməsin deyə, bitki köklü şampunlardan istifadə edin. Saçınıza xüsusi hazırlanmış şampunlar həddən "intensiv" ehtiva etdiyi üçün, yuma sıxlığını azaltmaqla yanaşı, saçlarınızın daha çox yağlanılmasına səbəb ola bilər. Çünki bu maddə yağ topalarının reaksiya girməsinə və daha çox yağ çıxarmasına yol aça bilər. Bu problemi aradan qaldırmaq üçün daha yumşaq maddələr ehtiva edən şampunları seçməniz daha doğru olar.

Kəpəkli saçlar:

Əslində kəpəyə qarşı təsirli şampunlar saç tellərindən çox, saç dərisinə təsir edərlər. Şampunda olan “octopiroks” maddəsi, saç diblərində yaranan yağ təbəqəsinin azalmasını təmin edərək kəpək meydana gəlməsinin qarşısını alır. Eyni zamanda salıq turşusu ehtiva edən şampunlar, davamlı hala gəlmiş kəpək problemi üçün olduqca təsirlidir.

Boyalı saçlar:

Normal saçlar üçün istifadə edilən şampunlar, saç rənginizin axmasına gətirib çıxarar. Halbuki boyalı saçlar üçün çıxarılmış olan şampunular saç rənginizin ilk günki canlılığını qoruyar. Rəngin qorunması üçün saç tellərini örtən təqə yaradarlar. İçərisində olan “ethylhexyl methoxycinnamete UV” -filtreri isə, yuduqdan sonra saçdan axmadığı üçün rəngin günəşdən qorunmasını təmin edər. Saç rəngini qoruyan şampunlar bir sonrakı boya zamanının gəlməsini az da olsa gecikdirə bilər.

 

2 şərh

doYwanka

men sacima cooox qulluq edirem. uzun olmasi adami biraz hovseleden cixardir.ama onunda oz gozelliyi var. )

doYwanka
ama sampunlarin sostavin oxusaq, hamisinin terkibi eynidi)