Telləri kəsdirmək

Bir çox xanımlar tel kəsdirib-kəsdirməmək məsələsində tərəddüd edir. Hansı hallarda tel kəsdirmək olar?

Siz tel kəsdirməlisiniz, əgər…

1. Cavan görünmək istəyirsinizsə. Tel həqiqətən qadını cavanlaşdırır, təkcə alındakı qırışları örtdüyünə görə yox.
2. Təkrarolunmaz görünmək istəyirsinizsə. Tel insanı individual göstərir, ətrafa baxın — eyni tel görmək qeyri-mümkündür. Müxtəlif saçlarda eyni saç düzümü də fərqli görünür.
3. Oynaq, qeyri-ciddi, məzəli görünmək istəyirsinizsə.
4. Romantik, xəyalpərəst, fikirli görünmək istəyirsinizsə.
5. İşgüzar və ciddi görünmək istəyirsinizsə.
6. Dəyişmək, seksual və cazibədar görünmək istəyirsinizsə.


Telin olar-olmazları


1. Telinizə heç bir halda lak vurmayın. Nəticə çox pis alınacaq. Ən yaxşısı telinizi fenləməmişdən əvvəl bir az mus vurmaqdır.
2. Telinizi ən azı ayda bir dəfə kəsdirərək yeniləmək lazımdır. Axı onlar diş deyil. Hətta buruq saçlara və ya qısa saç düzümünə sahibsinizsə, yenə də telinizi yeniləməlisiniz.
3. Telə gel vurmaq da məsləhət deyil. Axşam saçınızı fenlə düzləşdirsəniz belə, səhər telinizi yenə də fenlə qaydaya salmalısınız.
4. Əgər telinizlə qaşınız arasındakı məsafə 1,5-2 sm-ə bərabərdirsə, bu tel sizi uşağa bənzədəcək.
5. Teli saçınız sulu halda kəsməyin, əks halda telinizin uzunluğu istədiyinizdən qısa alınacaq.
6. Teli rəfiqənizə deyil, saç ustasına həvalə etsəniz, daha yaxşı olar.
7. Telin hamısını birdən yox, hissə-hissə kəssəniz, nəticə ürəyinizcə olacaq.



0 şərh